Bu gün:

Siciliya adasının tarixi



Siciliya adası Avropa regionunda ən yüksək və aktiv vulkan olan Etna dağının yaxınlığında yerləşir. Bu ada fərqli mədəniyyətinə görə insanların diqqətini çəkir. Siciliya adası materikdən Messina boğazı ilə ayrılır. Adanın paytaxtı Polermodur. Bundan əlavə, adada digər mühüm şəhərlər Milazzo, Messina və Kataniyadır. Adada yerləşən və Arximedin yaşadığı Sirakuza, Cefalu və Taormina şəhərləri də görməli yerlər sırasındadır.

Siciliya adasının əhalisi təxminən 5 milyon nəfərdir. Bu səbəbdən Aralıq dənizindəki adalar arasında ən sıx məskunlaşma olan yer olma xüsusiyyətinə malikdir. Adanın adı qədim zamanlarda burada yaşamış sikano və sikula xalqından götürülüb.


Siciliya adasının tarixi.

Dənizçi olması ilə tanınan Finikiyalılar  bir müddət Siciliya adasında yaşayıblar. Daha sonra bu ada Karfagenlilər, Yunanlar, Ərəblər, Romalılar, Normanlar, Vandallar və İspanlar tərəfindən işğal edilib. 

Siciliya əhalisi xristianlığı romalılardan öyrənib. Bundan əlavə, elm yunanlardan, kənd təsərrüfatı ərəblərdən, memarlıq isə normanlardan öyrənilib.

1860-cı ildə Siciliya adasında Minlərin Yürüyüşü başladı. İtalyan mafiyası burada ilk dəfə 19-cu əsrin sonlarında yaranıb. II Dünya Müharibəsi nəticəsində İtaliyada Respublika elan edildikdən sonra Siciliya adası da Respublika elan edilib. Ancaq bu gün bu ada İtaliyanın muxtar bölgələrindən biridir.

 Siciliya adası haradadır?

Siciliya Aralıq dənizində İtaliyaya bağlı muxtar adadır. Bundan əlavə, Aralıq dənizinin ən böyük adası olma xüsusiyyətinə də malikdir. O, İtaliyanın cənub hissəsində yerləşir və xəritədə çıkmə formasındda görünür. Onunla İtaliyanın Villa San Giovanni şəhəri arasında nazik bir boğaz var. Siciliya adasının düz qarşısında Messina adlı şəhər yerləşir. Ada cənub-qərb hissəsində Tunis ilə qonşudur.


Mənbə:hüriyyet
Tərcümə etdi:Uğur hacıyev

Paylaş
Şərh əlavə et