Bu gün:

Ay Dünyadan uzaqlaşır


Alimlərin fikrincə, təxminən 1,4 milyard il əvvəl Yerin öz oxu ətrafında tam fırlanması təxminən 18 saat çəkib.

Bu o deməkdir ki, o zaman Ayın Yerə qədər olan məsafəsi daha yaxın idi və buna görə də Ayın cazibə qüvvəsi Yerin fırlanma sürətini artırdı. Bu günlərin qısalmasına və Yerin daha sürətli fırlanmasına səbəb olurdu.

Viskonsin-Madison Universitetində, tədqiqatın həmmüəllifi Stiven Meyers, "Ay geri çəkildikcə, Yer əllərini uzadaraq yavaşlayan fiqurlu konkisürən kimi fırlanır" dedi.

2022-ci ildə Professor Meyersin rəhbərlik etdiyi Viskonsin-Madison Universitetinin tədqiqat qrupu Yerin keçmişinə qayıtmağı və Günəş sisteminin əvvəllər necə göründüyünü yenidən qurmağı hədəfləyib.


GÜNLƏR 25 SAAT OLACAQ.

90 milyon il əvvələ aid qaya formasiyasının çöküntülərini araşdıran qrup, Ayın ildə orta hesabla 3,82 santimetr uzaqlaşdığını aşkar edib. Müşahidələrdən sonra tədqiqatçılar Yer günlərinin 200 milyon ildən sonra 25 saat davam edəcəyini təxmin etdiklərini açıqlayıb.

Unutmaq olmaz ki, alimlər Ayın 4,5 milyard yaşında olduğunu bilirlər. Bu səbəbdən hesablamaların bir qədər qeyri-dəqiq ola biləcəyini bildirirlər.


Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et