Ghosting əsasən bir əlaqə daxilində ünsiyyətin qəfil və tam kəsilməsinə verilən addır. Bu, mətnlərə və zənglərə cavab verməməkdən tutmuş, üzbəüz görüşlərdən imtina etməyə qədər bir sıra davranışları əhatə edə bilir. Bütün bunlar əvvəlcədən izahat olmadan baş verir.
Ghosting həm romantik, həm də dostluq münasibətlərində baş verə bilər. Lakin termin tez-tez romantik münasibətlərə istinad etmək üçün istifadə olunur. Ancaq texniki baxımdan, bu, dostluq və ailə münasibətləri də daxil olmaqla, ünsiyyətin gözlənilmədən kəsildiyi hər hansı bir münasibətdə baş verə bilər.
Ghosting emosional cəhətdən çətin ola bilər, çünki qarşı tərəfdə çaşqınlıq və cavabsız suallar buraxır. Bu, əlaqəni bitirmək üçün hörmətsiz və zərərli bir yol olaraq görülür. Ghostingin səbəbləri müxtəlifdir, lakin tez-tez qarşıdurmadan qaçmaq və ya əlaqənin davam etməsini istəməmək kimi amilləri əhatə edə bilər. Səbəbi nə olursa olsun, ghosting ümumiyyətlə, kiminləsə münasibəti və ünsiyyəti dayandırmaq üçün qeyri-sağlam və hörmətsiz bir yol hesab olunur.
Mənbə: www.ok.com.tr
Tərcümə etdi: Aydan İbrahimli