Bu gün:

Uilyam Adolf Buqero-Dante və Virgil



"İncəsənətin inciləri" rubrikası Uilyam Adolf Buqeronun "Dante və Virgil" əsərini təqdim edir.


Buqero iki dəfə (1848 və 1849) Prix de Rome mükafatını qazana bilmədiyi üçün  qisas almaq arzusu ilə dolu idi. Salona ilk müraciətləri onun uğur qazanmaq istəyini açıq şəkildə ortaya qoymuşdu. “Ölümdən əvvəl bərabərlik” (1849) adlı iddialı əsərindən sonra gənc bir daha təsirli təəssürat yaratmağı qarşısına məqsəd qoyub. O, Dantenin əsərlərindən çox təsirlənmiş və romantiklərin çox sevdiyi daha böyük olan bu rəsm əsərini təqdim etmişdi.


Bu rəsm Cəhənnəmin səkkizinci dairəsində (saxtakarlar və fırıldaqçılar üçün dairə) baş verən İlahi Komediyadan qısa bir səhnədən ilhamlanıb. Virgilin müşayiəti ilə Dante iki lənətlənmiş ruhun döyüşünü izləyir: bidətçi və kimyagər olan Kapokkio, ölü bir adamın şəxsiyyətini saxtalaşdırmaqla mirası haqqında yalan iddia edən Gianni Schicchi tərəfindən boğazından hücuma məruz qalır.

Tənqidçi və şair Teophile Gautier bu əsərə yüksək qiymət verirdi: "Gianni Schicchi rəqibi Kapokkioya qəribə qəzəblə hücum edərkən, Buqero əzələlər, sinirlər, tendonlar və dişlər vasitəsilə iki döyüşçü arasındakı mübarizəni möhtəşəm şəkildə təsvir edir. Bu kətan üzərində ağrı və güc var-güc , nadir keyfiyyət!” Əslində, Buqero burada böyük şücaət göstərir. O, estetik hədləri araşdıraraq, təhrif olunmuş əzələ quruluşunu, şişirdilmiş pozaları, rəngləri və kölgələri vurğulamış, dəhşətli fiqurları və lənətlənmiş ruh qruplarını təsvir etmişdi. 

Bu rəsm Blake (1757-1827), Füssli (1741-1825) və Lawrence (1769-1830) kimi romantik rəssamların ülvi görüntülərini xatırladır. Bu rəsmdəki hər şey dəhşət və qorxu hissini vurğulayır: Buqeronun heç vaxt geri dönmədiyi o mövzunu..

Hazırladı: Gülay Qəribova

Mənbə: https://artsandculture.google.com/asset/dante-and-virgile/-AF79SI4-gGMKA


Paylaş
Şərh əlavə et