Makaron İtaliya mətbəxinin vazkeçilməz ləzzətlərindən İndiki vaxtda bir çox insanlar makaronun faydalarını bilməsə də, bu yeməyi yeməkdən həzz alır. Çox qədim tarixə malik olan bu yemək 1154-cü ildə Siciliyada kəşf edilib. İtalyanların əsas qida mənbəyi və əsas yeməyi olaraq da bilinən makaron, bir çox fərqli reseptləri ilə bu gün də populyarlığını qoruyur.
Siciliya adasında ən məşhur makaron növü Yttria makaronudur. Bu makaron Aglebis tərəfindən Siciliyaya gətirilən bir ləzzətdir. Hər növü və resepti ilə dadlı olan makaron faydaları ilə də sağlamlığımızı qoruyur. Makaron adətən irmik və ya buğda ununa batırılmış xəmirdən hazırlanır. Bu xəmir un halına salınarkən üzərinə yumurta da əlavə edilir. Beləcə xəmir öz formasını saxlayır və hazırlanan yemək zülalla zəngin olur.
Makaron həm də kompleks karbohidratlar qrupunun üzvüdür. Bu səbəbdən makaron maddələr mübadiləsində asanlıqla parçalanır və asanlıqla həzm olunur.
Makaron növləri hansılardır?
Ümumiyyətlə makaronların kəpənək və ya çubuqlu makaron kimi növlərə bölündüyü düşünülür. Amma əslində, makaron növləri; Qısa makaron, uzun makaron, bişmiş makaron, xırda makaron, təzə makaron və yumurtalı makaron kimi növlərə bölünür. Bu növlərin də müxtəlif variantları var.
•Qan şəkərini balanslaşdırmağa kömək edir.
•B vitamini əlavəsi təmin edir.
•Həzm sistemini tənzimləyir.
•Əzələ və sümük sağlamlığı üçün faydalıdır.
•Tam tutma xüsusiyyətinə malikdir.
•Mədə pozğunluğuna yaxşı gələ bilər.
•Bədənə enerji verir.
•Dəri hüceyrələrinin bərpasına kömək edir.
Makaronun faydaları olsa da, zərərləri də var. Makaron kökəlməyə səbəb olmayan bir qida olsa da, həddindən artıq istifadədən bir müddət sonra kökəlmə başlayır. Eyni zamanda, həddindən artıq makaron tükətmək diabet riskini artırır və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Mənbə:medicalpark
Tərcümə etdi : Nuray Mürsəlova