Göz bəbəyinin genişlənməsi tibbi terminologiyada midriaz kimi tanınır. Midriaz göz bəbəyinin normaldan daha geniş olduğu və müxtəlif səbəblərdən qaynaqlandığı bir vəziyyətdir.
Bu vəziyyət bəzən göz sağlamlığı ilə bağlı müvəqqəti bir vəziyyət ola bilər və ya bəzi xəstəliklərin əlamətidir.
Göz bəbəyinin genişlənməsinə səbəb olan ilk amillərdən biri göz zədələri və travmalardır.
Gözə və ya baş nahiyəsinə təsirlər gözün sinir strukturlarının zədələnməsinə səbəb olur və bu, göz bəbəyinin genişlənməsinə səbəb olur.
Xüsusilə, bir gözdə böyümə, adətən travmatik bir hadisənin nəticəsidir və təcili tibbi müdaxilə tələb edir.
Beyin və sinir sistemi xəstəlikləri midriazın səbəblərindən biri ola bilər. Beyində sinir yollarının zədələnməsi və ya beyin şişləri göz bəbəyinin genişlənməsinə səbəb olur. Xüsusilə, beyin sapı və ya kəllə sinirləri təsirlənirsə, daha da çətinləşər.
Dərman istifadəsi nəticəsində yaranan midriyaz adətən müvəqqəti xarakter daşıyır və dərmanın təsiri aradan qalxdıqda göz bəbəyi normal ölçüsünə qayıdır.
Avtonom sinir sistemi orqanizmin qeyri-ixtiyari fəaliyyətinə nəzarət edən sistemdir və bu sistemdəki pozğunluqlar göz bəbəyinin böyüməsinə səbəb olur. Məsələn, Horner sindromu kimi vəziyyətlər avtonom sinir sistemində balanssızlığa səbəb olur və bu, göz bəbəyinin genişlənməsinə səbəb olur. Bu cür hallar tez-tez digər klinik əlamətlərlə birlikdə qiymətləndirilir.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova