Bu gün:

Qızlar niyə çəhrayı rəngi sevirlər?


Britaniyanın Nyukasl Universitetinin mütəxəssisləri qadınların çəhrayıya, kişilərin isə mavi rəngə üstünlük verməsinin öyrənilən davranış və ya genetik olduğunu araşdırıblar. Ümumilikdə 200 kişi və qadına mavi-çəhrayı tonlardan ibarət rəng sxemləri göstərilib. 250 fərqli sxemi qiymətləndirən subyektlərdə qadınların həmişə çəhrayıya yaxın rəngləri, kişilərin isə həmişə mavi miqyasda rəngləri seçdiyi müşahidə edilib. Tədqiqatçılar qadınların çəhrayı rəngi, kişilərin isə mavi rəngi niyə sevməsi ilə bağlı aşağıdakı açıqlamaları veriblər:

Qədim dövrlərdə qadınlar yığıcı idilər. Meyvələrin yetişib-yetişmədiyini öyrənmək üçün onların qızartılarına baxıb çəhrayı olanları seçdilər. Çoxalmaq üçün həyat yoldaşı seçərkən yanaqlarının çəhrayı olmasına da diqqət yetiriblər. Çünki bu, kişinin sağlam olması demək idi. Bu instinktiv üstünlüklər onların çəhrayı rəngi çox sevməsinə səbəb olur.

Qədim dövrlərdə kişilər ovçuluq vəzifəsini öz üzərinə götürüblər. Aydın mavi səma ovçular üçün havanın ov üçün əlverişli olduğunu bildirib. Belə olan halda günlərinin bərəkətli olacağına inam onları mavi rəngə sevdirib.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et