Bu gün:

Anemiyanın əlamətləri hansılardır?


Anemiya simptomları anemiyanın növündən, şiddətindən və qanaxma, mədə xorası, menstruasiya problemləri və ya xərçəng kimi əsas sağlamlıq problemlərindən asılı olaraq dəyişir. Əsas problemlərin spesifik simptomları tez-tez anemiya ilə əlaqəli simptomlardan əvvəl qeyd edilə bilər. Bədənin anemiyanın ilk əlamətlərini kompensasiya etmək üçün də diqqətəlayiq qabiliyyəti var. Əgər anemiya yüngül formadadırsa və ya uzun müddət ərzində yavaş-yavaş inkişaf edirsə, heç bir əlamət müşahidə olunmur. Bir çox anemiya növləri üçün ümumi olan simptomlara aşağıdakılar daxildir:

Asan yorğunluq və enerji itkisi

Qeyri-adi dərəcədə sürətli və ya qeyri-müntəzəm ürək döyüntüsü, xüsusən də idmanda

Nəfəs darlığı

Sinə ağrısı

Baş ağrısı

Başgicəllənmə

Solğun dəri

Yuxusuzluq

Mənbə: Medical Park

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et