Somonun faydaları təkcə protein mənbəyi olmaqla məhdudlaşmır. O, həmçinin müxtəlif yağlar, vitaminlər və omeqa-3 yağ turşuları baxımından son dərəcə zəngin bir qidadır. Qida dəyəri yüksək olan və tam vitamin qaynağı olan bu yeməyi uşaqlar, körpələr və hamilə qadınlar üçün istifadə etmək son dərəcə faydalıdır.
Somon balığı şirin və duzlu sularda tapılan və tez-tez istifadə edilən balıq növüdür. Adətən soyuq sularda yaşayır. Onun əti çəhrayı və ya narıncı rəngdədir. Onların sıx yaşadığı bölgələrə Şimali Atlantika, Sakit okean və Qütb dənizi daxildir. Yaşadıqları bölgələrə və növlərinə görə dəyişir.
Yüksək keyfiyyətli protein, B vitaminləri, A vitamini və minerallarla zəngin bir balıqdır. Bu səbəblərə görə balanslı pəhriz üçün tez&tez istifadə olunur.
Somonun tərkibində hansı vitaminlər var?
Somonun faydaları onun tərkibindəki zəngin vitaminlərdən irəli gəlir.
Bu vitaminlərə aşağıdakılar daxildir:
•Tərkibində sinir sisteminin sağlamlığını qoruyan və qan hüceyrələrinin formalaşmasında mühüm rol oynayan B2 vitamini; B2 vitamini enerji verir.
•Bədənin bir çox prosesində iştirak edən B6 vitamini var.
•Tərkibində enerji istehsalı, dəri sağlamlığı və həzm sisteminin funksiyaları üçün lazım olan B3 vitamini var.
•Tərkibində A vitamini var. Bu, görmə, immunitet sistemi və dəri sağlamlığı üçün faydalıdır.
•Kalsium və fosfor kimi mineralların udulmasını dəstəkləyən və sümük sağlamlığı üçün zəruri olan D vitamini daşıyır.
•Antioksidant rolunu oynayan və hüceyrələrin qorunmasından məsul olan E vitamini var.
•Tərkibində qan laxtalanmasını dəstəkləyən və sümük sağlamlığında rol oynayan K vitamini də var.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova