Bu gün:

İsa peyğəmbərin çarmıxa çəkilməsi


İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə , mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir.

Müasir elmdə (İsanın vəftiz edilməsi) və çarmıxa çəkilməsi onun həyatı haqqında ən səhih məlumatlar hesab edilir. Məsələn, Ceyms Dann qeyd edir ki, "İsanın həyatından olan bu iki hadisə demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul edilir" və razılaşma, həmçinin tarixi faktlar o qədər dəqiqdir ki, bu hadisələrin baş verməsindən şübhə etmək və ya inkar etmək mümkün deyil. Bart Erman qeyd edir ki, İsanın (Ponti Pilatın) əmri ilə edam edilməsi, onun həyatı haqqında olan ən səhih məlumatdır.

Baxmayaraq ki, İsanın çarmıxa çəkilməsinin təsvir edildiyi bütün tarixi mənbələr ədəbi xüsusiyyət daşıyırlar, 1968-ci ildə Yerusəlimin şimal-şərqində arxeoloji qazıntılar zamanı tapılmış və I əsrə aid olan çarmıxa çəkilmiş insan cəsədi təsdiq edir ki, romalıların hakimiyyəti dövründə həmin ərazidə insanlar məhz mənbələrdə təsvir edildiyi kimi çarmıxa çəkilirdilər. Tapılmış kişi cəsədinin Roma imperiyası əlehinə üsyanların baş verdiyi dövrlərdə, təxminən bizim eranın 70-ci illərində öldürülmüş Yohan Ben Ha'galgol adlı adama aid olması müəyyən edilmişdir. Hadassah Tibb Məktəbində aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs öldürülərkən 20 yaşlarında olmuşdur. Həmin dövrə aid digər bir tapıntı isə məzardan aşkarlanmış naməlum insan topuq sümüyüdür ki, həmin sümük də (İsrail Muzeyində) nümayiş etdirilir.

İncil məlumatları

Xristianlar İsanın çarmıxa çəkilməsini anlayışlı və könüllü (əvvəlcədən bildiyi halda müdafiə olunmadığı) şəkildə, insanlığın xilası və günahlarının bağışlanması üçün Tanrı qarşısında verilmiş qurban kimi qəbul edirlər. Əksər xristianlar bu qurbanı (Yevxaristiya) zamanı çörək və şərab ilə qeyd edərək, (Sonuncu şam yeməyini) xatırlayı, bəziləri isə hər il Xoş Cümə gününü qeyd edirlər.

İsaya bir dəfə qall qarışıq şərab içmək təklif edilir. Matfey və Markın İncillərində bildirilir ki, İsa içməkdən imtina edir. Bundan sonra çarmıxa çəkilən İsa oğurluqda günahlandırılan iki məhkumun arasında asılır. Markın İncilinə görə İsan üç-doqquz saat qədər çarmıxa çəkilmə əziyyətinə tab gətirmiş, saat 09:00-dan 15:00-a kimi çarmıxda qalmışdır. Əsgərlər onun başının arxasına "Nazaretli İsa, Yəhudilərin Kralı" yazılmış taxta bərkitmiş, çarmıxa çəkməzdən əvvəl onun bütün paltarlarını cıraraq əynindən çıxarmış, yalnız kətan kaftnı saxlamışlar. Roma əsgərləri digər iki cinayətkarla etdikləri kimi ölümü tezləşdirmək üçün İsanın ayaqlarını qırmamışlar, çünki o artıq ölmüşdü.

Hər İncildə İsanın son sözləri təsvir olunur və ümumilikdə yeddi nəsihət yer alır. Sinoptik İncillərdə İsanın çarmıxa çəkilməsi günəşin tutulması, zəlzələ və müqəddəslərin çarmıxa çəkilməsi (Matfeydə) kimi müxtəlif fövqəltəbii hadisələrlə müşayət olunur. İsanın ölümündən sonra cəsədi Arimafeyli İosif tərəfindən xaçın üzərindən endirilmiş və Nikodemin köməkliyi ilə qayada çapılmış türbədə dəfn edilmişdir.

Mənbə: ntv.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et