Bu gün:

Vivienne Vestvud markasının tarixi


1980-ci illərin əvvəllərində punk mədəniyyətinin populyarlığının zirvəsində olduğu zaman Vivienne Vestvud hərəkatdan ilhamlanaraq ilk kolleksiyasını yaratdı. O, pank mədəniyyətinin ruhunu və onun sosial norma və stereotiplərə etirazını əks etdirən dəri, metal və plastik kimi qeyri-adi materiallardan istifadə edib.

Zaman keçdikcə üslub daha incə və rəngarəng oldu. 1990-cı illərdə o, qiymətli metallardan və daşlardan hazırlanmış incə sırğalar, üzüklər, boyunbağılar və broşlardan ibarət ilk yüksək zərgərlik kolleksiyasını təqdim etdi.

Bu gün moda evinin məhsulları avanqard dizayn, ənənəvi materiallar və müasir texnologiyanın unikal birləşməsini təmsil edir. İstər siyasi rejimə etiraz, istər ətraf mühitin mühafizəsi uğrunda mübarizə, istərsə də sosial stereotipləri dəyişdirmək istəyi olsun, hər kolleksiya Vivienne Vestvud fəlsəfəsini və ideyalarını əks etdirir.

Vivienne Vestvudd ingilis modası, inqilabi ideyaları və unikal üslubu ilə sinonimləşmiş bir addır. Uzun karyerası ərzində o, dünyanın ən nüfuzlu və tanınan dizaynerlərindən birinə çevrilib. Moda dünyasındakı səyahətinə 1971-ci ildə Londonda, "King's Road"da ilk mağazasını açanda başlayıb.

O vaxtdan bəri Viviennenin imperiyası durmadan böyüyür və onun yaradıcılığı bütün dünyada bir çox pərəstişkarlarının arzuladığı obyektə çevrilir.

Mənbə: Vivienne-westwood

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş