
Rəssamlıq özlüyündə əl bacarıqlarını təkmilləşdirən bir fəaliyyətdir. Bunu etmək üçün çox məşhur yollardan biri mandaladır. Kökləri Uzaq Şərqdə olan mandala rəsmdə bir meditasiya növüdür və hazırda hər yaşdan insanlar üçün əyləncəli hobbi kimi istifadə olunur.
Mandala boyama nədir?
Mandala Sanskrit dilində "dairə" və ya "mərkəz" deməkdir. Mədəniyyətimizdəki krujeva toxunuşu kimi, mandala da mərkəzdən başlayaraq bütünə doğru irəliləmək qaydasına malikdir. Mandalada mərkəzdə həndəsi forma çəkilir və bu forma simmetrik naxışlarla təkrarlanır.

Məqsəd mərkəzi formadan başlayaraq bütövə doğru hərəkət edərək ruhu saflaşdırmaq və firavanlığa nail olmaqdır. Hinduizm və Buddizmdə bir ibadət forması kimi həyata keçirilsə də, bu gün sənət terapiyası və ya bir meditasiya növü kimi də istifadə olunur. Mandala boyama rəsmləri bu naxışların boyalarla doldurulması fəaliyyətidir.
Mandala boyama nə üçün yaxşıdır?
Mandala rəsminə dair çoxlu araşdırmalar var, çünki onun tarixi əsrlərə gedib çıxır və uzun illərdir ki, aparılır. Bu araşdırmalar Mandalaların rənglənməsinin faydalarını sübut etdi.
Bu faydalardan bəziləri:
1) Stressi azaldır; İş və ya məktəb stressi, maddi çətinliklər, ailə və ya dost münasibətlərindəki problemlər kimi problemləri həll etməyə çalışarkən, bir çoxumuz psixi sağlamlığımızı ikinci plana atırıq. Mandala rəsmi bizi bütün bu problemlərin şiddətindən xilas edir. Mandala çəkmək diqqət və sakitlik tələb etdiyinə görə, diqqətimiz rəsm üzərində olarkən bu, bizə saatlarla stress və narahatlıq keçirməməyə imkan verir.
2) Səbir və dözümlülüyü artırır; Mandala boyaması incə bir iş olduğundan siz rəsm çəkdiyiniz zaman həm qətiyyətinizə, həm də səbrinizə heyran qalacaqsınız.
3) Təsəvvür, yaradıcılıq və problem həll etmək kimi bacarıqları təkmilləşdirir; Mandala çəkərkən hansı rənglərin bir-birinə uyğun olduğunu görmək və səhv çəkdiyiniz yeri necə düzəltməyinizi tapmaq bu bacarıqları əldə etməyə kömək edəcək.
Mənbə: tabdiko.com
Tərcümə etdi: Rəhimə Cəmilova
