Sağ çiyin ağrılarının səbəbləri:
Sağ çiyin ağrısı ən çox görülən ağrı növlərindən biridir. Sağ çiyində ağrı gərginlik, oynaqların məşq edilməsi və ya məşq zamanı həddindən artıq yüklənmə kimi səbəblərdən yarana bilər. Bu səbəblərə görə inkişaf edən bursit və ya tendinit kimi xəstəliklər də ağrı qaynağını təşkil edir. Başqa sözlə, sağ çiyin ağrısının səbəblərinə tendonlarda, oynaqlarda və əzələlərdə iltihab və ya yaralanmalar göstərilir. Sağ çiyin və qol ağrıları ani hərəkət və ya çiyin üstə uzanma kimi sadə səbəblərlə də özünü göstərə bilər.
Sol çiyin ağrılarının səbəbləri:
Sol çiyin ağrısının səbəbləri fizioloji səbəblər və ya daha ciddi xəstəliklər ola bilər. Yumşaq toxumaların zədələnməsi, oynaqlarda artrit, sinirlərin sıxılması, iltihab və qan dövranının pozulması sol çiyin ağrısının ümumi səbəblərindəndir. Xüsusilə, sinir sıxılması və ya iltihabı şiddətli və kəskin ağrıya səbəb ola bilər. "Sol çiyin ağrısının səbəbi nədir?" Suala cavab olaraq donmuş çiyin sindromu da verilə bilər. Donmuş çiyin sindromu daha çox oturaq həyat tərzi keçirən və ya uzun müddətli yataq istirahəti olan şəxslərdə rast gəlinir.
Sol çiyin və qol ağrıları da müxtəlif ürək problemlərinin əlaməti ola bilər. Bu kontekstdə sol çiyin ağrısının infarkt əlaməti olduğunu söyləyə bilərik. Xüsusilə ani sol çiyin və ürək ağrıları təhlükəli sayılır. Bütün bunlarla yanaşı, sol çiyin və boyun ağrıları arasında da əlaqə var. Servikal disk yırtığı sol çiyin ağrısının əsas səbəblərindən biridir.
Mənbə: acıbadem
Tərcümə etdi: Uğur Hacıyev
