Sosial media inklüziv bir anlayışdır. Müvafiq olaraq, sosial media Facebook, Twitter, Instagram, LinkedIn kimi sosial şəbəkələrin, bloqların, mikrobloqların, mesajlaşma proqramlarının, forum saytlarının, internet saytlarının və məzmun paylaşma saytlarının məcmusudur və internet texnologiyaları vasitəsilə məlumat və məzmunun istehsalını və paylaşılmasını təmin edən platformalardır. Xüsusilə son illərdə sosial mediadan istifadənin artması sosial media asılılığını da ortaya çıxarıb. Hər yaşda olan insanlar üçün əyləncə və istirahət vasitəsi kimi istifadə edilən sosial mediadan həddindən artıq istifadə sosial media asılılığı olaraq təyin olunur.
Sosial media asılılığının digər əlamətləri qısaca belədir:
Daimi onlayn olmaq arzusu
Sosial media vasitələrindən intensiv istifadə
Sosial şəbəkələrə, hətta sosial parametrlərə diqqət yetirmək
Üz-üzə ünsiyyətdən qaçınmaq
Gündəlik həyata və sosial münasibətlərə zərər
İnternet bağlantısı olmayanda və ya sosial mediadan uzaq olanda özünü narahat və məhrum hiss etmək
Həyatın hər anını və bütün fəaliyyətlərini sosial şəbəkələrdə paylaşmaq arzusu
Öz həyatını insanlarla müqayisə etmək istəyi
Bu əlamətlərin bir neçəsinin fərdlərdə müşahidə edilməsi və xüsusilə sosial mediadan uzaq qaldıqda yaşanan məhrumiyyət hissi sosial media asılılığına işarə edə bilər və bunun müalicə edilə bilən bir problem olduğu bilinməlidir. Sosial media insanların məlumatı qəbul edib yayması üçün mühüm vasitə olsa da, hər şeydə olduğu kimi ondan da həddən artıq istifadə problem kimi qiymətləndirilir. Bu problemin miqyası fərdi tədbirlər görməyə və ya peşəkar yardım axtarmağa səbəb ola bilər.
Mənbə: SİBERAY
Tərcümə etdi: Aminə Paşazadə