Bu gün:

Sağlam və gözəl saçların sirri


Uzun, sağlam və parlaq saçlar xanımların ən dəyərli aksesuarıdır. Bəs saçımızın sağlam uzanması üçün nə etməliyik?


Saç uzatma üsulları hansılardır?

Baş dərisini masaj etmək: Baş dərisini masaj etmək qan dövranını artıraraq saç köklərini stimullaşdırır və saçların daha sürətli və sağlam uzanmasına kömək edə bilər.  Quru saçlar üçün baş dərisinə masaj edilə  və ya saç böyüməsini dəstəkləyən bəzi yağlardan istifadə edilə bilər.  Məsələn, qan damarlarını genişləndirərək saç folikullarını aktivləşdirən rozmarin yağı saçların uzanmasına kömək edə bilər.

Protein və vitamin qəbuluna diqqət: Saçların çox hissəsi keratin adlı bir zülaldan ibarətdir.  Buna görə də saç böyüməsi üçün kifayət qədər protein almaq vacibdir.  Gündəlik pəhrizinizdə kifayət qədər protein qəbul etmək saçların böyüməsinə kömək edə bilər.  Bundan əlavə, saç sağlamlığı üçün lazım olan vitamin və mineralları qidalanma və ya əlavələrdən almaq çox vacibdir.  Xüsusilə biotin, B vitamini, C vitamini, D vitamini, sink və dəmir saçların uzanmasını dəstəkləyən qidalardır.

Saçlara İsti Kastor Yağının Tətbiq edilməsi: Kastor yağının tərkibində saçların böyüməsini təşviq edən yağ turşusu olan risinoleik turşu var.  Bundan əlavə, bu turşu saçların qırılmasının qarşısını almağa və baş dərisini nəmləndirərək saçları gücləndirməyə kömək edə bilər.  

Gənəgərçək yağını saça sürtmək üçün onu qızdırıb baş dərisinə və ya bütün saça masaj etmək olar.  Saçları dəsmal və ya papaqla büküb bir neçə saat və ya bir gecədə saxlamaq gənəgərçək yağının saça təsirini artıra bilər.

Siqaretdən imtina: Siqaret çəkmək saçların uzanmasına mənfi təsir edən vərdişdir.  Siqaret qan dövranını pozur və saç köklərində oksigen və qida maddələrini azaldır.  Siqaret həmçinin saçların qurumasına, solğun və kövrək olmasına səbəb ola bilər.  Saçların uzanmasını sürətləndirmək üçün siqaretdən imtina etmək çox vacibdir.


Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et