Bu gün:

Sağlam qidalananların beyni daha gəncdir





Somon kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə doludur. Bu yağ turşuları bədəninizin öz-özünə istehsal edə bilməyəcəyi bir növ yağdır.  Ona görə də bu yağı yediyimiz qidalardan almalıyıq.  Omega-3 daşıyıcısı olan qidalar ürəyiniz, immunitetiniz, eləcə də beyin sağlamlığınız üçün vacibdir.


Brokoli, kələm, pak choi (çay növü) və qulançar kimi yarpaqlı göyərtilər, idrak qabiliyyətinin artırılması ilə əlaqəli olan maddələr və liflə doludur. 

İllinoys Universitetində kələm və sipanaq istifadə edən orta yaşlı yetkinlərin iştirak etdiyi bir araşdırmada, həmin tərəvəzlərin tərkibində olan qida maddəsi luteinin nəticəsində onların beyin reaksiyalarının daha gənc olduğu ortaya çıxdı. Lakin yaşıl yarpaqlı tərəvəzlər içində, yalnız kələm və ispanaqla kifayətlənmək doğru deyil.  

2022-ci ildə İsraildə aparılan bir araşdırma, yaşıl yarpaqlı tərəvəzlər, yaşıl çay və qozla zəngin bir pəhrizə riayət edənlərin yaşa bağlı idrak geriləməsinin ən yavaş sürətinə sahib olduğunu, daha az bitki əsaslı pəhriz izləyənlərin isə daha çox beyin yaşlanmasına sahib olduğu məlum oldu..


Mənbə:hürriyet
Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et