İyunun 11-i Azərbaycan İncəsənt Məktəbində azyaşlıların səhnələşdirdiyi " Buratino" imtahan tamaşası keçirilib. Uşaqlar kursu müvəffəqiyyətlə bitirdikləri üçün tamaşanın sonunda sertifikat və təşəkkürnamə ilə təltif olunublar.
Quruluşçu rejissor Qurban Məsimov tamaşa ilə bağlı fikirlərini bizimlə bölüşüb.
"Azərbaycan İncəsənət Məktəbi uşaqları maarifləndirməklə yanaşı , incəsənət tearapiyası rellaşdırir İlkin aktyorluq məharətini tədris edərək uşaqlara bir-çox hissləri aşılayır. Qayğıkeşlik, sevgi, hörmət, məsuliyyət, yoldaşlıq kimi mənəvi bacarıqların aşılanması uşaqların gələcək həyatında yaradıcı təxəyyülün inkişafı, komanda ilə birgə uğurlu nəticənin əldə ediilməsi və sənət nümunəsinin ərsəyə gətirilməsi naminə birlik hissini yaradılmasında böyük rol oynayır ".
Qurban Məsimov həmçinin bildirib ki, "Prosses zamanı pedoaqoji təcrübə və uşaq psixologiyasına bələd olmağım prossesi daha da maraqlı və nəticəli etdi. İllər boyu 10 minlərlə uşaqla ünsiyyət təcrübəsi yenə öz bəhrəsini verdi. Ușaqların yaradıcı təxəyyülünün inkişafı gələcək həyatlarında da öz bəhrəsini verəcək".
O, uşaqlarla bağlı gələcək məqsədlərinə də toxunub. "Məqsədim zəngin yaradıcı təxəyyüllü insanları yetișdirməkdir. Belə insanlar ilə hər sahədə uğura imza atmaq olar. Azərbaycan incəsənət məktəbi öz üzərinə məsuliyyətli iş götürdüyü halda, bunun öhdəsindən gəlmək iqtidarındadır. Çünki pedaqoq sənətkarları öz daxilində toplayıb".
Şəms Ajax