Bu gün:

Tikinti işçiləri bələdiyyə sədrinə məxsus gümüş sikkələr tapıblar


Almaniyada bir çuxurdan tapılan gümüş sikkələr, ehtimal ki, 17-ci əsrin varlı bələdiyyə sədrinə aid idi.Almaniyada inşaat işçiləri, ehtimal ki, 17-ci əsrdə varlı bir bələdiyyə sədrinə məxsus olan çuxurdan yüzlərlə sikkə tapıblar. İnşaat işçiləri çuxurda gizlədilən 285 gümüş sikkə kolleksiyası tapıblar.

Açıqlamaya görə, 1499-1652-ci illər arasında istehsal edilmiş 285 gümüş sikkədən ibarət “maskalı” sikkə kolleksiyası Almaniyanın Vettin şəhərindəki fermada işçilər yeni kanalizasiya xətti çəkərkən bir çuxurda tapılıb.

Kolleksiyada müxtəlif gümüş sikkələrin, o cümlədən Müqəddəs Roma İmperiyası tərəfindən zərb edilmiş gümüş talerlərin və xarici sikkələrin qarışığı var.Tapıntıların əksəriyyəti regional Sakson sikkələri olsa da, regional olaraq istifadə oluna bilən bir ovuc Schreckenberg groschen sikkələri var; 1630-cu ildən italyan skudosu; və 1620-ci ildə Toskana böyük hersoqunun zərb etdiyi tallero kimi daha nadir pul vahidləri də var idi.Mütəxəssislər bu sikkələrin böyük ehtimalla Mərkəzi Avropada baş vermiş və təxminən 8 milyon insanın ölümünə səbəb olan Otuz İllik Müharibə (1618-1648) bitdikdən sonra basdırıldığını düşünürlər. Yüz illərlə yerin altında qalan sikkələr yaşılımtıl rəng almışdı.

Kolleksiyadakı sikkələrin müxtəlifliyinə əsaslanaraq ekspertlər belə qənaətə gəliblər ki, onlar çox güman ki, 1660-cı illərin sonlarında Vettin şəhərinin meri vəzifəsində çalışmış və şəhərin “ən zəngin vətəndaşlarından” biri olan İohan Dondorfa aiddir.

Dondorfun merliyi dövründə Wettin şəhəri "Otuz İllik Müharibə zamanı və ondan sonra olduqca zəngin bir pivə şəhəri idi" və Dondorfun sərvəti 1675-ci ildə ölümü ilə ortaya çıxdı.

Məhkəmə Dondorfun ölümündən sonra var-dövlətini təxmin edərkən, onun evinin bütün otaqlarında gizlətdiyi 2500 taler və 500 dukatdan (qızıl sikkə) çox yığdığını müəyyən etdi. Ancaq son tapıntılara əsasən, məhkəmənin hesablamalarının natamam olduğu aydın olur.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et