Yataq otağınızı mümkün qədər sərin saxlayın. Mütəxəssislər qeyd edirlər ki, yuxuya getmək prosesi ilə orqanizmin nüvəsinin daxili temperaturu arasında əlaqə var. Yatmaq vaxtı gələndə baş, qol, əl və ayaqlardan yayılan istilik nəticəsində bədən soyumağa başlayır.
Bəs bu sərinliyə çatmaq üçün nə etməliyik?
-- Gün ərzində pərdələri və ya jalüzləri bağlı saxlayın.
-- Hava axını və ventilyasiyanı artırın. Gecələr temperaturun aşağı düşdüyü yerlərdə pəncərələrin açılması həll yolu ola bilər.
-- Pəncərələri aça bilməyən və ya açmaq istəməyənlərə yataq otağının qapısını açıq qoymağı tövsiyə edən Basner bildirib ki, "Bunun nəticəsində evin digər otaqlarında da soyumuş havadan faydalana bilərsiniz".
Çox isti gecələrdə insanlar yastığa toxunmaq belə istəmirlər, lakin yuxu zamanı bədən hərarətinin dəyişdiyini unutmaq olmaz. Bu səbəbdən mütəxəssislər nazik yorğan və ya çarşafla örtülməyin daha yaxşı olduğunu vurğulayırlar.
Basner onu da qeyd edib ki, “Çox vaxt mütəxəssislərin fikrincə, isti duş qəbul etmək rahat yatmağınıza kömək edə bilər, lakin su çox isti olmamalıdır.
Döşəmə ümumiyyətlə, daha sərin olduğu üçün yerdə yatmaq da yaxşı seçim ola bilər", - deyə Pelayo bildirib isti gecələrdə yuxu üçün ideal temperatura nail olmaq, digər şərtlərin yaxşılaşdırılması yuxunu asanlaşdıra bilər.
Mənbə:hürriyet
Tərcümə etdi:Aynur Mikayılova