Dünyanın ən qədim şirkəti Yaponiyadadır.
Qeydə alınan məlumata görə, dünyanın ən qədim şirkəti Yaponiyanın Osaka şəhərində yaradılıb. Bu şirkət 578-ci ildə qurulan Konqo Qumi tikinti şirkətidir.
Hazırda Yaponiya əhalisinin sayı 122 milyon 823 min 920 nəfərdir. 2011-ci ildən bəri Yaponiya əhalisinin sayında nəzərəçarpan azalma müşahidə edilsə də, məlumdur ki, ölkə dünyanın ən çox əhalisi olan 11-ci ölkəsidir. Tarixi məlumatlara görə, Tsukiji Balıq Bazarı Tokionun ən böyük balıq və dəniz məhsulları bazarı kimi xidmət edirdi. Tsukiji rayonu da bu böyük bazarın xidmətləri ilə günü-gündən populyarlıq qazanır. Lakin bazarın bir hissəsi 2018-ci ildə Toyosuya köçüb. Məlumdur ki, yapon mətbəxi bir çox insanın zövqünə tam uyğun gəlmir. Bu mətbəxdə digər məhsullarla müqayisədə "fərqli" olaraq xarakterizə edilə bilən bir yemək var. “Basaşi” adlanan yemək çiy at əti, soğan və zəncəfildən hazırlanır.
Mənbə:milli gazate
Tərcümə etdi:Aynur Mikayılova