Vicdan əzabını bir hiss olaraq yaşadığını ifadə edən Mahir Yeşildal, “Peşmanlığı psixiatrik bir problem olaraq qiymətləndirmək mümkün deyil. Əgər cəmiyyətdə normal sayılan, ancaq sərt super eqoya görə daxili aləminizdə sizi narahat edən bir cinayət, günah, səhv və ya bir hərəkət etmisinizsə, həyatınız boyu başınızı rahat saxlaya bilməyəcəksiniz. Yaxud da hər an şifahi imtahana aparılacaq tələbə kimi kənarda qalacaqsan, çünki peşmançılıq deyilən şey onun gəlişini əvvəlcədən xəbərdar etmir. Sizi hazırlamır və sizi hər yerdə tutub boğazınızı qucaqlaya bilər. Daxili aləminizdə hiss etdiyiniz bu ağrı, psixiatrik narahatlıq, depressiya və ya kədərlə izah edilə bilməyəcək qədər şiddətli bir ağrıdır, çünki bu, insanın özünü özünə yönəltdiyi və öz düşüncələrini, hisslərini və varlığını ağır yük altında əzdiyi bir vəziyyətdir" deyib.
Ömrü boyu vicdan əzabı ilə yaşayan insanların olduğunu, ancaq bunu yaşamaq adlandıra bilməyəcəyini ifadə edən Yrd. Dos. Dr. Yeşildal, “Bu insanlar həyatları boyu daxili aləmlərində hiss etdikləri stress və gərginliyi aradan qaldıra bilmədiklərindən, ümumiyyətlə, rahat, xoşbəxt və dinc bir həyat sürə bilmirlər".
Mənbə: hthayat.haberturk.com
Tərcümə etdi: Aminə Paşazadə
