
Çin xurması və ya qırmızı xurma olaraq da bilinən jujube, ənənəvi Çin təbabətində istifadə edilən və bir çox sağlamlıq faydaları olan bir bitkidir. Yuxusuzluqdan öskürəyə, immunitet sistemini gücləndirməkdən qəbizliyə qədər bir çox xəstəlik və problemlərin müalicəsində istifadə edilən jujube meyvəsi tərkibindəki lif, kalium və C vitamini ilə seçilir. Güclü qida dəyəri sayəsində insanları tox saxlayan jujube arıqlamağa da kömək edir. Cənubi Asiyaya mənsub olan jujube, Türkiyədə Qərbi və Cənubi Anadoluda yetişdirilir. Buna aid 6 cins və 25 növ var.
Ziziphus jujuba ağacında bitən Çin xurması qurudulub desertlərdə istifadə oluna bilən, təzə və tək başına sağlam qəlyanaltı olaraq istifadə edilə bilən jujube meyvəsi, aşağı kalorili, antioksidant və yüksək vitamin C xüsusiyyətləri ilə seçilir.
Alternativ Çin təbabətində daha çox istifadə edilən jujube bütün dünyada istifadə edilən məşhur meyvəyə çevrilib. Yuxusuzluğu aradan qaldırmaq üçün istifadə edilməsi ilə xüsusilə məşhur olan jujube meyvəsi, bəlğəmgətirici xüsusiyyətindən öskürək və immunitet sistemini gücləndirməyə, qəbizlik problemlərinə qədər bir çox sağlamlıq faydası təqdim edir.
Jujube'nin qida dəyəri nədir?
Jujube meyvəsi, xüsusilə, yüksək kalium və C vitamini tərkibi ilə diqqət çəkir. Bundan əlavə, hündür aşağı kalorili meyvə olduğu üçün də faydalıdır.
Jujubun faydaları nələrdir?
Jujube qəbizliyin qarşısını alır, sizi tox tutaraq arıqlamağı asanlaşdırır, zəngin lif tərkibi sayəsində kolorektal xərçəng riskini azaldır, xolesterin səviyyəsini tarazlamağı asanlaşdıraraq ürək xəstəliyi riskini azaldır, qan şəkəri səviyyəsini tənzimləyir və güclənməyə kömək edir.
Mənbə:Memorial
Tərcümə etdi:Nuray Mürsəlova
