Bu gün:

Telefonsuz qalmaq qorxusu: Nomofobiya


Telefonunuz yanınızda olmadıqda özünüzü narahat  hiss edirsiniz? Əgər belədirsə, bu vəziyyətin gündəlik həyatımıza hansı təsirləri var? 

Bu gün inkişaf edən texnologiya ilə telefon gündəlik həyatın əsas mərkəzində öz yerini tutub. İndiki vaxtda gündəlik həyatda edilməli olan, demək olar ki, hər şeyi sadəcə ekranla etmək olar. Həyatın hər yerində yayılan telefonun bəzi insanlar üçün aludəçilik səviyyəsinə çatması qaçınılmazdır. Belə olduqda, telefonsuz bir həyatın işlək və hətta davamlı olmayacağı qorxusu xeyli artır. Müasir dövrdə bu vəziyyət o qədər adi hala çevrilib ki, məhz bu problemi təsvir etmək üçün “nomofobiya” sözü yaranıb.

Nomofobiya nə deməkdir?

Nomofobiya ingiliscə "no mobile phone" (telefonun olmaması qorxusu) ifadəsindən yaranıb; Telefon, kompüter kimi texnoloji vasitələrin yoxluğunda insanda yaranan sıx narahatlıq və qorxunun müşahidə edilməsidir. Nomofobiya olan insanlar telefonları olmayanda müxtəlif psixoloji və fizioloji vəziyyətlər yaşaya bilərlər. Bu simptomlar yalnız cib telefonu olmadıqda görünmür. Eyni zamanda, həmin şəxsin telefonu yanında olsa belə, "Mən telefonumdan ayrılmalı olsam nə olar?" Bunun düşüncəsi də bu fobiyası olan bir insanda bu əlamətlərin görünməsinə səbəb ola bilər.

Nomofobiya əlamətləri hansılardır?

- Telefon yanında olsa belə onu yoxlamağa ehtiyac duymaq

- Telefonunuzdan və internetdən uzaq olmaq qorxusu

- Telefondan ayrılma qorxusundan telefonla yatmaq

- Telefonun batareyasının bitməsindən narahat olmaq

- Telefonunuz yanınızda olmadığı zaman ürəkbulanma, nəfəs darlığı və başgicəllənmə hiss etmək

- Həddindən artıq yuxusuzluq

- Heç vaxt telefonu söndürməmək

- Diqqətin nəzərəçarpacaq dərəcədə azalması və koqnitiv proseslərin yavaşlaması

- Sıx telefon istifadəsi nəticəsində bədəndə meydana gələ biləcək fiziki əlamətlər

Mənbə: kampustenevar

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et