Bu gün:

Bir-birini sevən insanların ürəkləri həqiqətən mi eyni döyünür?


Sevənlərin dediyi absurd olan “ürəyim səninlə döyünür” kimi ifadələr, əslində, doğrudur. Çünki təcrübələr bunun doğru olduğunu sübut edir. Bir-birini sevən insanlar bir yerdə olub bir-birinə baxanda ürək döyüntüləri eyni olur.

Bir qrup adama liderin müşayiəti ilə getmələri deyilir. Bəzilərinə bu liderlə sinxron getmələri, bəzilərinə isə öz istəklərinə uyğun getmələri deyilir. Bu şəkildə bir neçə dövrədən sonra sinxron yeriyənlərin liderlə daha səmimi danışdıqları, onu özlərinə daha yaxın hiss etdikləri, dediklərini daha rahat yerinə yetirdikləri müşahidə olunur. Bəli, əsgərlərin niyə mükəmməl sinxron yürüşləri indi daha aydındır.

Və ya əksinə, insanlar öz hərəkətlərini yaxın gördükləri insanlarla sinxronlaşdırmağa meyllidirlər. Ən sadə misal kimi, tutaq ki, yolda bir dostumuzla gəzirik və söhbət edirik. Bir müddət sonra gec-tez addımlarımız bir-biri ilə sinxronlaşacaq. Təbii ki, bu, şüurlu bir hərəkət deyil, insan instinktidir. “Səninləyəm, səninlə razıyam, gör necə yaxşı anlaşırıq, səni sevirəm” kimi düşüncələrimiz şüuraltımız tərəfindən hərəkətlərimizdə əks olunur. Bu da bizim fərqinə varmadığımız sosial qayğıları daşıyır, “görün sizinlə necə empatik davranırıq, sinxronlaşmışıq, demək olar ki, eyniyik, gəl, məni sev, mənim kimi, mənə dəyər ver və s.” Ola bilsin ki, uşaqların valideynlərinin əlindən tutaraq sürətlə irəliləməsinin, geridə qalmasının və asinxron yerimələrinin səbəbi hələ bu narahatlıqlarla çirklənməmələridir.

Bir-birinə romantik hisslər bəsləyən insanlar arasında daha maraqlı sinxronizasiya baş verir.  Yəni eksperiment üçün 32 cüt seçilir. Onlar öz sözləri ilə desək, bir-birlərinə aşiqdirlər. Bu cütlüklər bir-birinə qarşısında otururlar, bir-birlərini görə bilirlər, lakin toxunma məsafəsində deyillər. Bu cütlüklərə üç dəqiqə ərzində sakitcə bir-birlərinin gözlərinin içinə baxmaları deyilir. Bu vaxt ürək döyüntüləri izlənilir. Və çox maraqlıdır ki, bir-birinə baxan bu cütlüklərin ürək döyüntüləri bir müddət sonra sinxronlaşır.

Romantik münasibətdə olmayan insanlarla eyni təcrübə aparıldıqda belə bir vəziyyət yaranmır. Üstəlik, ürək döyüntülərini sinxronlaşdıran da qadınlardır. Qadınlar öz ürək döyüntülərini partnyorlarının gözlərinə baxarkən onların ürək döyüntülərinə uyğunlaşdırırlar. Qadınların bunu etmələrinin səbəbi onlaeın daha güclü empatiya qabiliyyətinə və partnyorları ilə daha güclü əlaqəyə sahib olmasıdır.

Mənbə: eskisözlük 


Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et