Bu gün:

Vinsent Van Qoq


Bu məşhur rəsmin bir çox variantları var. İlk rəsmi sərbəst ikən, ikinci və üçüncüsünü isə psixiatriya klinikasında müalicə olunarkən çəkmişdi.

1888-ci ildə Van Qoq Parisdən ayrılaraq Arles şəhərinə köçür. Orada dörd otaqlı bir ev icarəyə götürür. Bir əsərində bu evi də təsvir edib. Maraqlıdır ki, bir ildən az müddətdə Van Qoq başqa bir "sarı evdə" – psixiatriya klinikasında qalır.

Van Qoq burada sənətçilərin birgə yaşayacağı bir kommuna yaratmaq istəyirdi. İlk üzv Paul Gauguin idi və o, Van Qoqla birlikdə yaşamağa başladı. Ancaq mübahisələrdən sonra Van Qoq qulaq məməsini kəsdi və bu hadisə onun dəliliyini artırdı.

1888-ci ilin oktyabrında çəkilmiş rəsmin ilk versiyasında Van Qoq qardaşı Teoya "dəmir çarpayılar əvəzinə möhkəm taxta çarpayılar" aldığını bildirir. O, otaqda divarlara öz rəsmlərini asmışdı. Maraqlıdır ki, divarlar əvvəlcə "solğun bənövşəyi" idi, lakin zaman keçdikcə rəng solub və indi mavi görünür.

Van Qoq bu rəsmində ağıl və təxəyyülün sakitləşməsini istəmişdi. Rəsm əsasən sarı tonlarda işlənib və bu rəng həddindən artıq həyəcana səbəb ola bilər. Van Qoqun həyatının son illərində qəbul etdiyi bəzi maddələr onun vizual qavrayışını dəyişmişdi.

Üçüncü rəsmi 1889-cu ilin yayında bacısı və anası üçün çəkmişdi. Burada da eyni rəsmlər və naməlum qadın portreti var.

Hər üç rəsmdə iki stul, iki qapı, iki pəncərə, iki yastıq, iki portret və iki qravüra kimi qoşalaşmış əşyalar var. Bu əşyalar rəssamda sülh və tarazlıq hissi yaradırdı.

Van Qoq bu rəsmi çox bəyənirdi və qardaşı Teoya bunun onun ən yaxşı əsərlərindən biri olduğunu yazmışdı. Təəssüf ki, sənətçinin ruhunda sülh hökm sürmədi.

Mənbə:dzen.ru 

Tərcümə etdi:Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et