Bu gün:

Diabet nədir?


Dövrümüzün xəstəlikləri arasında ön sıralarda olan şəkərli diabet bir çox ölümcül xəstəliklərin əmələ gəlməsində aparıcı rol oynayan və bütün dünyada çox yayılmış bir xəstəlik növüdür. Xəstəliyin tam adı, Diabetes Mellitus, yunan dilində şəkərli xəstəliyi deməkdir. Sağlam insanlarda acqarına qan qlükoza səviyyəsi 70-100 mq/dL arasındadır. Qan şəkəri səviyyəsinin bu diapazondan yuxarı artması, adətən şəkər xəstəliyini göstərir. Xəstəliyin səbəbi hər hansı bir səbəbdən insulin hormonunun qeyri-kafi və ya olmaması, ya da bədən toxumalarının insulinə həssas olmamasıdır. Bir çox fərqli diabet növü var, adətən 35-40 yaşdan yuxarı şəxslərdə rast gəlinən diabet növü 2-ci diabetdir. İnsulin müqaviməti olaraq da bilinən 2-ci tip diabetdə mədəaltı vəzidə insulin istehsalı kifayət qədər olsa da, hüceyrələrdə insulin hormonunu təyin edən reseptorlar işləmədiyi üçün bu hormona qarşı həssaslıq yaranır. Bu zaman qan şəkəri insulinlə toxumalara daşına bilmir və qanda qlükoza səviyyəsi normadan yuxarı qalxır. Bu vəziyyət ağız quruluğu, arıqlamaq, çox su içmək və çox yemək kimi əlamətlərlə özünü göstərir.


Diabet nədir?


Xalq arasında şəkərli diabet olaraq adlandırılan Diabetes Mellitus, ümumiyyətlə, qanda qlükoza (şəkər) səviyyəsinin normadan yuxarı qalxmasıdır. Müxtəlif variantları olan şəkərli diabet ölkəmizdə və dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Beynəlxalq Diabet Federasiyasının təqdim etdiyi statistik məlumatlara görə, hər 11 yaşlı adamdan birində diabet var və hər 6 saniyədə bir nəfər şəkərli diabetlə bağlı problemlər səbəbindən dünyasını dəyişir.


Mənbə: medicalpark.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et