Bu gün:

Göz tənbəlliyi nədir?


Ambliyopiya gözdə və ya optik sinirdə struktur pozğunluğu olmasına baxmayaraq, bir gözün digərinə nisbətən normal sərhədlərdən daha az görməsi olaraq təyin edilə bilər. Doğuşdan bəri beynin inkişafı ilə artan görmə qabiliyyəti insanın daha yaxşı və aydın görməsini təmin edir. Ambliyopiya varlığında, insan eynək və ya kontakt linzalardan istifadə etməklə belə sağlam bir göz qədər kəskin və aydın görə bilməz. Bunun səbəbi körpəlikdə və ya uşaqlıqda görmə mərkəzinin ambliopiya səbəbindən kifayət qədər inkişaf etməməsidir. Yəni istifadə olunmayan sinir zamanla hərəkətsiz vəziyyətə düşür və funksiyasını itirir. Bir və ya hər iki gözə kifayət qədər işıq daxil olmadığı üçün gözün görmə qabiliyyəti azalır. Vaxt keçdikcə beyin gözdən gələn stimullara cavab verməməyi öyrənir və yalnız stimullaşdırılan sinirlərdən və ya gözdən gələn görüntünü emal edir. Ən çox bir gözə təsir etsə də, bəzi hallarda hər iki göz də təsirlənə bilər. 

Doğuşdan sonra ilk 6 aydan 7-8 yaşa qədər hər 6 aydan bir gözləri yoxlanılan uşaqlarda ambliopiya asanlıqla tanınıb müalicə edilə bilər. Ancaq sağlamlıq müayinəsi olmayan uşaqlarda ambliopiyanı müşahidə etmək çətindir. Ambliyopiyanın daimi görmə pozğunluğuna səbəb olmasının qarşısını almaq üçün 7-10 yaş arasında müalicəyə başlamaq vacibdir. Ancaq müalicəyə nə qədər tez başlansa, nəticələr bir o qədər yaxşı olar.

Mənbə: medicalpark.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et