
Gümüş adı bu mənanı verən anqlo-sakson siolfur sözündən gəlir. Onun simvolu latınca gümüş, argentum sözündən gələn Ag-dır. Gümüş qədim zamanlardan məlumdur.
Elementar gümüşün atom nömrəsi 47-dir və dövri cədvəldə sikkə metal qrupuna (qrup 11) daxildir. İnsanların ən azı eramızdan əvvəl 3000-ci ildən bəri gümüşü qurğuşundan ayırmaq qabiliyyətinə malik olduğuna inanılır. Gümüşə ABŞ, Meksika və Peruda filizlərdə rast gəlmək olar. Qızıl kimi bahalı olmasa da, gümüş hələ də ağ metal parıltısına görə qiymətlidir. Buna görə də, gümüşdən zərgərlikdə tez-tez istifadə olunur.
Mənbə: 411answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
