
Bir şəxs uzun müddət soyuq bir mühitdə olarsa və ya uzun müddət yaş geyimdə qalırsa, bədən istehsal etdiyindən daha çox istilik itirməyə başlayır və bədən istiliyi təhlükəli dərəcədə aşağı düşür. Bədən istiliyinin 35ºC-dən aşağı düşməsi hipotermiya deməkdir. Yetkin bir insanın normal bədən istiliyi 36,5 ºC-dir.
Bədən istiliyi çox aşağı düşdükdə beyin funksiyaları, sinir sistemi və qan dövranı sistemi mənfi təsir göstərir. Bu səbəbdən hipotermiya titrəmə, yorğunluq, çaşqınlıq və nitq pozğunluğu kimi simptomlara səbəb olur.
İnsan bədəni dörd yolla istilik itirir: keçiricilik, konveksiya, radiasiya və buxarlanma. Ümumi istilik itkisinin 65%-i radiasiya hesabına baş verir.
Zərərçəkənlərin bədən istiliyini qorumaq üçün fövqəladə hallara müdaxilə qrupları tərəfindən istifadə edilən termal örtüklər insan orqanizmindən yayılan termal şüalanmanın 90%-ni əks etdirərək bədən istiliyinin qorunmasını təmin edir.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
