
Su içməyin bir çox faydası olduğu artıq bizə sirr deyil. Bəs ac qarnına su içən zaman orqanizmimizdə nələr baş verir ?
1. Metabolizmi sürətləndirir.
Oyandıqdan sonra bir stəkan su içmək arıqlamağın ən yaxşı yoludur. Metabolik sürətinizi 24% artırır. O, həmçinin orqanizmin qida maddələrini mənimsəməsini asanlaşdırır. Səhər su içmək isə sizə təbii enerji verəcək.
2. Böyrək daşlarının və sidik kisəsi infeksiyalarının qarşısını alır. O, həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarından qoruyur.
3. Arıqlamağa kömək edir.
Səhər su içdiyiniz zaman bütün toksinlər atılır və həzm sisteminiz yaxşılaşır. Bu şəkildə siz daha az aclıq hiss edəcəksiniz. Həddindən artıq yemək istəyiniz azalacaq və arıqlamaq prosesi asanlaşacaq.
4. İmmunitet sistemini gücləndirir.
Güclü immunitet sistemi xəstəliklərdən qorunmaq deməkdir. Odur ki, ac qarına su için və gün ərzində su içməyi unutmayın.
5. Toksinlərdən təmizləyir.
Siz yatarkən vücudunuz özünü bərpa edir, enerjini doldurur və hormonları balanslaşdırır. Yuxudan oyandıqdan sonra maye içmək bədəninizdə atılmağı gözləyən toksinlərin sərbəst buraxılmasına kömək edir. Beləliklə, daha təmiz dəriyə sahib olursunuz.
6. Mədə problemlərinə yaxşı gəlir.
Həzm pozğunluğu mədədə turşuların artması ilə əlaqədardır. Aç qarına su içmək, turşunun səviyyəsini aşağı salaraq mədənizdə yarana biləcək problemlərin qarşısını alır.
7. Saçları gözəlləşdirir.
Su saç telinin çəkisinin təxminən dörddə birini təşkil edir. Bol su içmək saçları içəridən qidalandırır. Yetərsiz su qəbulu saçların kövrək və nazik olmasına səbəb ola bilər. Parlaq və sağlam saçlar üçün hər gün su içmək lazımdır.
8. Dərinin parlaq görünməsini təmin edir.
Araşdırmalar göstərib ki, ac qarına su içmək qan axını artırır və dərini daha parlaq edir. Gün ərzində su içmək bədəninizin toksinləri atması deməkdir ki, bu da dərinizin parlaq görünməsinə kömək edir. Həmçinin dərinin elastikliyini artıraraq qırışların qarşısını alır.
Mənbə: Hürriyyət
Tərcümə etdi: Nuray Mürsəlova
