Bu gün:

İlk ayaqqabı nə vaxt hazırlanıb?


Aparılan araşdırmalara nəzər saldıqda dünyanın bir çox yerində insanlar tərəfindən müxtəlif sadə ayaqqabı növünün istifadə edildiyi görünür. Tədqiqatlar göstərir ki, keçmişdə Şimali Amerikada bir çox  yerli insan mokasin kimi tanınan ayaqqabı növünə bənzər ayaqqabı geyinirdilər. Bunlar, adətən dəridən və ya bizon dərisindən tikilmiş dar  və ya yumşaq dabanlı ayaqqabılardır. Tədqiqatlara nəzər saldıqda müxtəlif muncuqlarla və bəzəklərlə bəzədilmiş mokasin növləri də görə bilərik . 

Sivilizasiyalar inkişaf etməyə başladıqca sandaletlər (müasir flip-flopların prekursorları) geyilməyə başlandı . Bu məlumat eramızdan əvvəl 4000-ci ilə aid qədim Misir divar rəsmlərindən olan şəkillərə əsaslanır. 

Avropada  papirus yarpaqlarından hazırlanmış sadə ayaqqabı növləri tapılıb və təxminən 1500 il yaşı olduğu görünür. Orta əsrlərdə Yerusəlimdə sandal tipli ayaqqabıların geyildiyi də məlum olub. Sandaletlər bir çox sivilizasiyalar tərəfindən geyilmiş və müxtəlif materiallardan hazırlanmışdır. Qədim Misirdə sandallar papirus və palma yarpaqlarından hazırlanırdı. Ayaqqabılarda bölgədən asılı olaraq müxtəlif materiallardan istifadə edildiyi müşahidə edilmişdir. 

Çin və Yaponiyada düyü samanı istifadə olunurdu. Cənubi Amerikada sisal bitkisinin yarpaqlarından sandallara ip tikmək üçün istifadə olunurdu, Meksika yerliləri isə Yucca bitkisindən istifadə edirdilər.

Qədim dövrlərdə bir çox insanın sandallardan istifadə etməsinə baxmayaraq eyni zamanda misirlilər, hindular və yunanlar kimi bir çox insanın ayaqqabıya az ehtiyac duyurdu və çox vaxt ayaqyalın qalmağa üstünlük verirdilər. Qədim yunanlar ayaqqabıları əsasən, estetik olmayan və lazımsız hesab edirdilər.

Ayaqqabılar hündürlüyü artırmaq üçün ilk olaraq teatrda geyilirdi. İdmançılar Qədim Olimpiya Oyunlarında ayaqyalın iştirak edirdilər. 


Mənbə: vicco.com.tr

Tərcümə etdi: Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et