
Zona xəstəliyi üçün qəti bir müalicə yoxdur. Bununla belə, antiviral preparatlar (virus infeksiyasına qarşı istifadə olunur) simptomları aradan qaldırır və ağırlaşmaların qarşısını alır. Simptomlar göründükdən sonra mümkün qədər tez bir dermatoloqa müraciət edilməlidir. Ağrıya nəzarət etmək üçün zona müalicəsində erkən müdaxilə çox vacibdir. Zona xəstəliyinin müalicəsinə ən geci səpgi göründükdən 3 gün sonra başlanmalı və yoluxmuş insanlar yoluxucu dövrdə özlərini təcrid etməlidirlər.
Zona müalicəsi zamanı şiddətli ağrılar üçün ağrıkəsicilər və krem losyonları istifadə olunur. Xüsusən 65 yaşdan yuxarı insanlarda zona müalicəsindən sonra 6-12 ay davam edə bilən postherpetik nevralgiya adlanan regional ağrı və uyuşma əmələ gələ bilər. Antidepresanlar və nevroloji dərmanlar zona xəstəliyi üçün müalicədən sonrakı dövrü idarə etmək üçün istifadə edilə bilər.
Zona xəstəliyi (gecə yanığı) simptomları aşağıdakı kimi sıralana bilər:
•Ağrı
•Yanma
•Qaşınma
•Regional həssaslıq
•Bədənin təsirlənmiş bölgəsində uyuşma
•İşığa həssaslıq
•Yüksək qızdırma və müşayiət olunan baş ağrısı
•Yorğunluq hissi
Zona xəstəliyi sadalanan simptomlar göründükdən 2-3 gün sonra, adətən bədənin həssas hesab edilən bölgəsində dəri döküntüsü kimi özünü göstərir. Əvvəlcə səpkili olan bu yaralarda yaranan qızartı sonradan qabıqlı, içi maye dolu qabarcıqlarla əvəzlənir və ağrılı olur. Döküntülər 10 ilə 15 günə qədər davam edə bilər.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
