"İncəsənətin inciləri" rubrikası Albrecht Dürer'in "Melankoli I" adlı əsərini təqdim edir.
Alman rəssam Albrecht Dürer'in "Melankoli I" adlı tablosu, Rönesans dövrünün ən vacib əsərlərindən biri kimi qiymətləndirilir. Bu əsər Dürer'in qeyri-adi rəssamlığını və məntiqi düşüncələrini ifadə etmə qabiliyyətini göstərir.
Tabloda mərkəzə oturmuş bir qadın şəkli görünür. Qadının üzü düşüncəli və qəmli bir ifadə ilə baxır. Onun ətrafında riyaziyyat alətləri, geometrik şekillər, saat, açar, çəkic kimi obyektlər və bir melek şəkli var. Bu obyektlər Rönesans dövründə insanların marağını cəlb edən intellektual sahələrə, elmə və incəsənətə olan marağı nümayiş etdirir.
Melankolinin simvolu olan qadın şəkli, bilik, düşüncəlilik və daxilə doğru kəşfi təmsil edir. Tablodakı digər simvollar isə zamanın qiymətini, insanın qeyri-adi güclərə olan marağını və intellektual axtarışlarını ifadə edir.
Dürer bu tabloda kompleks bir kompozisiya və detallı qaralma ilə insanın ruhani və zehni dərinliklərinə olan marağı yansıdır. "Melankoli I" Rönesans dövrünün fəlsəfi və intellektual atmosferini və o dövrəməxsus düşünmə sistemlərini anlamaq üçün vacib bir mənbədir.
Hazırladı: Gülay Qəribova
Mənbə: https://www.healthworldnews.net/albrecht-durerin-melencolia-1-tablosu-ve-dusundurdukleri/