Bu gün:

Vitiligo xəstəliyi nədir?


Vitiligo, dəqiq səbəbi bilinməsə də, dəridə piqment itkisi nəticəsində açıq rəngli nahiyələrin meydana gəldiyi bir dəri xəstəliyi növüdür.

Ala və ya alaca xəstəliyi kimi müxtəlif adlandırıla bilən bu xəstəlik hər yaşda müşahidə oluna bilər, lakin daha çox 20 yaşından əvvəl əlamətləri göstərməyə başlayır. Ümumi bir xəstəlik olan vitiliqo təxminən hər 100 nəfərdən 1-2-də müşahidə olunur. Bu yoluxucu xəstəlik deyil. Yalnız dərinin görünüşünə təsir edən vitiliqo xəstələrdə heç bir fizioloji problem yaratmır. Xəstəliyin ölçüsü və dəri səthindəki ləkələr xəstədən xəstəyə dəyişir. Müalicədə dərinin köhnə rəngini qaytarmasına kömək edən üsullardan istifadə edilir.

İnsan bədənində melanositlər adlanan hüceyrələr dəriyə unikal rəng verən piqmentlərin istehsalına cavabdehdir. Bu hüceyrələrin hər hansı bir səbəbdən zədələnməsi piqment istehsalına mənfi təsir edərək vitiliqoya səbəb olur. Piqment çatışmazlığı səbəbindən dəri səthində müxtəlif ölçülü bəzi ağ ləkələr görünür. Xəstəliyin növündən asılı olaraq, ləkələrin göründüyü sahələr və onların yayılma meyli insandan insana dəyişə bilər. Vitiliqonun bəzi növlərində bədənin yalnız müəyyən hissəsi təsirlənir, bəzi xəstələrdə isə ləkələr bütün bədənə yayıla bilər. Dəridə arzuolunmaz bir görünüş meydana gətirdiyi üçün xəstələri psixoloji cəhətdən mənfi təsir edən vitiliqoda ləkələr görünən kimi müalicə prosesinə başlamaq vacibdir.

Vitiliqo xəstəliyinin əlamətləri hansılardır?

Vitiliqo uşaqlıqdan yetkinliyə qədər hər yaşda baş verə bilən xəstəlik növüdür. Xəstəliyin simptomları adətən günəş işığına məruz qalan yerlərdə görünür. Xəstəliyin əlaməti olan ağ ləkələr daha çox günəşlə təmasda olan əllər, qollar, üz, boyun və ayaqlar kimi yerlərdə görünür. Bəzi insanlarda cinsiyyət nahiyəsində də ləkə əmələ gəlməsi müşahidə oluna bilər. Bundan başqa dəri quruluşundan asılı olaraq qadınlarda kişilərə nisbətən xəstəlik daha asan aşkar edilir. Xəstəliyi tünd dəri olan insanlarda tanımaq daha asandır, çünki ləkələr daha aydın şəkildə fərqlənə bilər. Vitiliqonun ilk və ən çox görülən əlaməti dəridə müəyyən ləkənin qəfil ağarmasıdır. Bəzi hallarda kiçik bir ağ ləkə zamanla böyüyə və dərinin əhəmiyyətli bir hissəsini əhatə edən bir ölçüyə çata bilər. Vitiliqo daxili orqan xəstəliyi deyil, yalnız dəridəki rəng hüceyrələrinə görə meydana gələn bir vəziyyətdir. Bu səbəbdən dəridə ağ ləkələrdən başqa heç bir əlamət yaratmır.


Mənbə: Medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et