Bu gün:

Niyə qoxu hissi insandan insana dəyişir?


Əvvəlcə qoxu qəbulunun necə baş verdiyinə baxaq. 

İnsan burnunun arxasında iybilmə lampası deyilən bir bölgə var. Qoxunun qavranılması, qoxu qabığındakı reseptorların buruna daxil olan molekulları aşkar edərək beyinə siqnal göndərdiyi zaman baş verir.

İnsanlarda 350-dən çox qoxu reseptoru var. Qoxunun qəbulu zamanı bir növ reseptor deyil, ümumiyyətlə müxtəlif növ reseptorlar stimullaşdırılır. Üstəlik, təkcə stimullaşdırılan reseptorların növü deyil, həm də bu reseptorların stimullaşdırılma ardıcıllığı vacibdir.

Qoxu reseptorlarının necə işlədiyi tam aydın deyil. Qoxu reseptorlarının işləmə tərzi adətən açar kilidi bənzətməsi ilə izah olunur: Reseptorlar qıfıllara bənzəyir, lakin onlara düzgün formada olan açarlar (qoxu molekulları) bağlandıqda aktivləşirlər. Alternativ olaraq, reseptorların fəaliyyətində kvant mexaniki proseslərin rol oynadığını irəli sürən tədqiqatçılar var.

Fərqli insanların müxtəlif qoxuları fərqli şərh etmələri böyük ölçüdə genetik faktorlarla bağlıdır. İnsanların burunlarında olan qoxu reseptorlarının növləri və sayı onların genləri ilə müəyyən edilir. Fərqli genetik kodları olan insanlar eyni qoxulara müxtəlif reaksiya verirlər, çünki burunlarında növbənöv reseptor dəstləri var.


Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et