Bu gün:

Metabolik sindromu nədir? Semptomları hansılardır?



Bu sindrom ürək xəstəlikləri, diabet, iflic və qaraciyər yağlanması kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İndiki vaxtda həyatın sürətli tempi, nizamsız yemək vərdişləri və oturaq həyat tərzi kimi amillər metabolik sindromun yaranmasına şərait yaradır.

Bununla belə, metabolik sindrom riskini azaltmaq üçün sağlam qidalanma, nizamlı məşq və stresslə mübarizə kimi sadə həyat tərzi dəyişiklikləri etmək mümkündür. Metabolik sindromun qarşısının alınmasında və müalicəsində sağlam həyat tərzi seçimi və sağlamlığın şüurlu idarə edilməsi böyük rol oynayır.

Metabolik sindrom bu gün tez-tez eşitdiyimiz və sağlamlığımıza təsir edə biləcək bir vəziyyətdir. Metabolik sindrom müxtəlif simptomların bir araya gəlməsi ilə ortaya çıxan və ürək xəstəlikləri, şəkərli diabet, iflic və qaraciyər yağlanması kimi ciddi sağlamlıq problemlərinə yol aça bilən bir vəziyyətdir. Metabolik sindrom piylənmə, yüksək qan şəkəri, qan yağlarında anormalliklər və yüksək qan təzyiqi ilə xarakterizə olunur.

Piylənmə orqanizmdə artıq piylərin yığılması kimi müəyyən edilir və metabolik sindromun inkişafında mühüm rol oynayır. Yüksək qan təzyiqi qan damarlarında yüksək təzyiqə səbəb olur və ürək-damar sağlamlığına mənfi təsir göstərir. Qan şəkərinin yüksək olması orqanizmdə insulin hormonunun təsirsiz olduğunu və diabet riskini artırdığını göstərir. Qan yağlarında anormallıqlara yüksək LDL ("pis" xolesterol), artan trigliseridlər və aşağı HDL ("yaxşı" xolesterol) daxildir.

Müasir həyat şəraiti metabolik sindromun tezliyini artırır. Tədqiqatlar göstərir ki, metabolik sindrom cəmiyyətin geniş təbəqəsində yaygındır. Məsələn, ABŞ-da aparılan bir araşdırma, böyüklərin təxminən 35 faizinin metabolik sindromun diaqnostik meyarlarına cavab verdiyini göstərdi.

Eyni şəkildə, metabolik sindromun yayılması Avropa və Asiya ölkələrində sürətlə artır. Bu məlumatlar göstərir ki, metabolik sindrom mühüm sağlamlıq problemidir və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.


Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et