Düşünülür ki, insanlar öz varlıqlarını hiss etmələri, vacibliyini əvvəlcə özünə, sonra da get-gedə sevdiklərinə elan etməli olduqları və ya belə bir elandan qorunacaqlarını düşündükləri üçün şeirə meyl edirlər. Yəni çox sadə qayğıları olmayan insanlar şeirlə əlaqə saxlaya bilirlər; Bu, çox çətin bir şeydir, cüzi bir ehtimaldır.
Əslində, bir çox sənət sahələri kimi poeziya da insanlara sığınacaq yeridir. Bəs niyə sığınacaq? Dünyadan xəbərdar olduğumuz zaman buradakı böyük qeyri-müəyyənlik insanları qorxudur. İnsanlar bu böyük qeyri-müəyyənlik qarşısında nəsə etməlidirlər. Bəlkə də sənətin digər qollarından fərqli olaraq, şeir bu qeyri-müəyyənliyi müəyyən bir nizama salmaq əvəzinə, bu qeyri-müəyyənlik daxilində insanlara ümid verəcək, yeni şeylər hiss etməyə imkan verəcək dinamizmi təmin edir.
Mənbə: Ekşi Sözlük
Tərcümə etdi: Aminə Paşazadə
