Üz iflici nədir?

Üz iflici sinirin zədələnməsi səbəbindən mimika əzələlərində hərəkət itkisidir. Üzün bir və ya hər iki tərəfində görünə bilər. Üz iflicinin ümumi səbəbləri arasında üz ifadəsi əzələlərinə gələn üz sinirinin iltihabı, baş travması, insult və baş və boyun şişləri daxildir. Səbəbindən asılı olaraq iflic tez keçə və ya uzun müddət davam edə bilər. Üz iflici olanlarda üz əzələləri sallanmış və ya zəif görünə bilər.
Üz iflici nədir?
Üz iflici beyindən mimika əzələlərinə siqnal göndərən üz siniri liflərinin müxtəlif səbəblərdən zədələnməsi nəticəsində üzdə hərəkətin itirilməsidir. Üz iflici qəfil baş verə bilər və ya müəyyən müddət ərzində tədricən inkişaf edə bilər.
Üz iflici nəyə səbəb olur?
Üz iflici; Baş travması, beyin damarlarının tıxanması, baş və boyun şişləri və üz sinirinin zədələnməsi kimi müxtəlif səbəblərdən yarana bilər.
Üz iflicinin ən çox görülən səbəbi Bell iflici adlanan klinik vəziyyətdir. Bell iflici üzün yalnız bir tərəfindəki əzələləri təsir edən, qəfil inkişaf edən və səbəbi bilinməyən üz iflicinin bir formasıdır. Əsas şiş və ya kəllə-beyin travması kimi açıq bir səbəb yoxdur. Üz sinirindəki ödem və onun keçdiyi sümük strukturlarında sıxılması nəticəsində meydana gəldiyi düşünülür. Bunun üz sinirinin viral infeksiyası ilə əlaqəli olduğu güman edilir. Bell iflicinə görə üz iflici olan xəstələrin təxminən 90%-i təxminən altı ay ərzində tam sağalır.
Üz iflicinin daha ciddi səbəbi insultdur. İnsultla bağlı üz iflici zamanı üz sinirinə birbaşa zərər yoxdur. Bu zaman üz iflici beynin zədələnməsi və siqnalların üz sinirinə düzgün ötürülə bilməməsi nəticəsində yaranır.
Mənbə:medicalpark
Tərcümə etdi:Nuray Mürsəlova
