Bu gün:

Reyhanın faydaları nələrdir?




Latın adı Ocimum basilicum olan reyhan faydaları ilə tanınan vacib funksional qidalardan biridir. Funksional qidalar əsas qida ehtiyaclarını qarşılamaqla yanaşı, bəzi xəstəliklərin qarşısını almaq, xəstəliklərə yoluxma riskini azaltmaq və orqanizm üçün tibbi fayda təmin etmək kimi vəzifələri də öz üzərinə götürür. Faydaları, qoxusu, rəngi, ətri və farmakoloji xüsusiyyətlərinə görə reyhandan tez-tez istifadə olunur.

Həmçinin reyhan faydalarına görə tez-tez istifadə edilən və Lamiaceae ailəsinin üzvü olan, adətən mülayim bölgələrdə böyüyən bir bitki növüdür.

Reyhan tərkibindəki efir yağı sayəsində çox ətirli bir qoxuya malikdir. Buna görə də qida, parfümeriya və ədviyyat sənayesində olduqca tez-tez istifadə olunur. Bundan əlavə, reyhan bənövşəyi rəngdə olduğu üçün qida boyası hazırlamaq və yemək boşqablarını bəzəmək kimi faydaları da var.

Tərkibindəki bioaktiv birləşmələrə görə xalq sağlamlığında ənənəvi istifadəyə malikdir və bir çox xəstəliklərin qarşısının alınmasında və ya müalicəsində üstünlük verilir. Reyhanın faydaları arasında göbələk əleyhinə təsir, insektisid kimi istifadə və antioksidant fəaliyyət daxildir. Reyhandan istifadənin bütün bu sahələrinə görə, reyhan yetişdirilməsi və becərilməsi ilə bağlı araşdırmalar sürətlə artmağa davam edir.


Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et