Bu gün:

Üzü aşağı yatmaq zərərlidirmi?




Yuxu rejimi insandan insana dəyişir. Hər kəsin yuxuya gedəndə uzanmaq üçün üstünlük verdiyi bir üsul var. Üzü aşağı yatmaq məsləhət görülməyən yuxu üsuludur. Ümumiyyətlə, arxa üstə yatmağın daha sağlam olduğu deyilir. Əslində, arxa üstə uzanmaq daha yaxşı olsa da, üzü aşağı uzanmağa daha çox üstünlük verilir.

Üzü aşağı yatmağın zərərli olduğu bilinsə də, yenə də ən çox seçilən yuxu mövqeləri arasındadır. Mütəxəssislər deyirlər ki, yuxu vəziyyətinə böyük diqqət yetirilməlidir. Üzü aşağı yatmaq ümumiyyətlə bədənə mənfi təsir göstərir. Onun məlum müsbət təsirlərindən biri də xoruldamağı azaltmasıdır. Ancaq üz üstü yatmaq, ümumiyyətlə,  bədəndə bəzi problemlər yaradır.

•Daim üz üstü uzanmaq daxili orqanlara həddindən artıq təzyiqin yaranmasına səbəb olur.

• Üzünüz yastıqla daim təmasda olduğu üçün qan dövranını mənfi təsir edən və dərinizdə qırışlara səbəb ola biləcək bir mövqedir.

• Onurğa sütununa edilən lazımsız təzyiq nəticəsində boyun və onurğada ağrılar yarana bilər.

• Barmaqlarda və əllərdə uyuşmalara səbəb olduğu bilinən problemlər arasındadır.

Yatarkən ən sağlam və tövsiyə edilən yuxu mövqeyi arxa üstə uzanmaqdır. Mütəxəssislərin apardığı araşdırmaya görə, ən qeyri-sağlam yuxu mövqeyinin üzü aşağı vəziyyətdə olduğu bildirilib. Üzü aşağı yatmağın mədə və ətrafına zərər verdiyi üçün mədə xəstəliklərinə də səbəb ola biləcəyi deyilir. Həmçinin mədəyə təzyiq göstərəcək şəkildə uzanmaq nəfəs almaqda çətinlik yarada bilər.


Mənbə: milliyet 

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et