Bu gün:

Dəniz xəstəliyi


Dəniz xəstəliyi bir digər adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. Əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır.

Əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. Əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. İki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir.

Ajiotajlı variantda isə oyanma, ağızda quruluq və yanğı hissi, taxikardiya, hipertoniya müşahidə olunur. Əlamətlər adətən yırğalanma qurtardıqdan sonra keçir. 

Bunun qarşısını almaq üçün aşağıdakıları etmək məsləhətdir:

Yola çıxanda özünüzlə limon və zeytun götürün;

Bir stəkan qaynar suya 0,5 çay qaşığı zəncəfil töküb dəmləyin. İlıq halda olan qarışığı yola çıxmazdan yarım saat əvvəl için;

Yola çıxmazdan əvvəl arasına buz qoyulmuş dəsmalla sinənizi və alnınızı silin. Əgər buz yoxdursa, onu soyuq su ilə də əvəz etmək olar;

Amma özünüz də bəzi üsullarla bu narahatlıqdan müəyyən qədər qurtula bilərsiniz. Məsələn, üfiqə baxıb orda şərti nöqtəyə diqqətinizi cəlb edə bilərsiniz. Bu zaman elə zənn edin ki, gəmi ilə birlikdə məhz həmin nöqtəyə gedirsiniz. Bununla da, beyninizi bu “məqsədə” kökləyə biləcək və bayaq dediyimiz daxili eşitmənin beyinə verdiyi “hərəkətsizik” informasiyası itəcək.

Digər bir üsul isə gəmidə hər hansı ictimai faydalı işlə məşğul olmaqdır. Bir də unutmayın ki, bu ölümcül xəstəlik deyil, sadəcə yüngül narahatlıqdır. 

Mənbə: onedio 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et