Bu gün:

Aqorafobiya nədir?


Aqorafobiya sizi çaxnaşma, tələyə düşmə, çarəsizlik və ya utanc hissi yarada biləcək yerlərdən və ya vəziyyətlərdən qorxmağınıza və qaçmağınıza səbəb olan bir növ narahatlıq pozuqluğudur.

Siz ictimai nəqliyyatdan istifadə etmək, açıq və ya qapalı yerlərdə olmaq, növbə gözləmək və ya izdihamda olmaq kimi faktiki olaraq baş verən əvvəlcədən biləcəyiniz hadisələrdən qorxursunuz.

Narahatlıq şiddətləndikdə qaçmağın asan yolu olmadığı qorxusundan qaynaqlanır. Agorafobiyası olan insanların əksəriyyəti bir və ya daha çox panik atakdan sonra bu fobiyi inkişaf etdirir, bu da onların mümkün gələcək hücumlardan qorxmalarına və təkrar baş verə biləcəyi yerlərdən qaçmağa çalışmasına səbəb olur.

Agorafobiyası olan bir çox insan, xüsusən də izdihamlı ictimai yerlərdə özlərini təhlükəsiz hiss etmirlər. İctimai yerlərdə sizinlə bir qohum və ya dostunuz olması lazım ola bilər. Qorxu o qədər güclü ola bilər ki, evdən çıxa bilməyəcəyinizi hiss edə bilərsiniz. 

Aqorafobiya həyatınızı çox məhdudlaşdıra bilər. Aqorafobiyanız şiddətlidirsə, hətta evinizi tərk edə bilməyəcəksiniz. Müalicəsi olmayan bir çox insan illər boyu evlərini tərk edə bilməzdilər. Ailənizi və dostlarınızı ziyarət edə, məktəbə və ya işə gedə, tapşırığı yerinə yetirə və ya fəaliyyətlərdə iştirak edə bilməyəcəksiniz. Başqalarının köməyindən asılı ola bilərsiniz.

Simptomları:

1. evdən tək çıxmaq;

2. növbə gözləmək və ya izdiham;

3. Liftlər, kiçik mağazalar və ya kinoteatrlar kimi qapalı yerlərdə;

4. Dayanacaqlar, körpülər, istirahət zonaları kimi açıq sahələr;

5. Avtobus, təyyarə və qatar kimi ictimai nəqliyyatdan istifadə

bunlardan qaynaqlanan narahatlıqlar aqorafobiyanın ən çox görünən simptomlarıdır. 

Risk faktorları

Aqorafobiya uşaqlıqda başlaya bilər, lakin adətən gec yeniyetməlik dövründə və ya erkən yetkinlik dövründə, 35 yaşdan aşağılarda başlayır. Qoca yaşlarda da inkişaf edə bilər. Qadınlara kişilərə nisbətən aqorafobiya daha çox diaqnoz qoyulur. Aqorafobiya üçün risk faktorlarına aşağıdakılar daxildir:

1. Panik pozğunluğu və ya digər fobiyaların olması;

2. Panik ataklara qarşı həddindən artıq qorxu və ya çəkinmə reaksiyası;

3. Xarici görünüşə görə narahatlıq və gərginlik.

Mənbə: evrimağacı.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et