Borderline şəxsiyyət pozğunluğu qeyri-sabit və ekstremal əhval-ruhiyyə, təhrif olunmuş mənlik hissi, qeyri-sabit münasibətlər və güclü qəzəb partlayışları ilə xarakterizə olunan şəxsiyyət pozğunluğudur.

Borderline şəxsiyyət pozğunluğu olan insanlar ani əhval dəyişikliyi yaşaya bilər. Bu, onların özlərini və həyatı dərk etmələrində problemlər yarada bilər.
Ani əhval dəyişikliyi ilə, şən hiss edərkən dəqiqələr və ya saatlar içində qəzəb patlamaları yaşaya bilərsiniz. Bir gün sevdiyiniz və yaxşı anlaşdığınızı düşündüyünüz birini ertəsi gün çox pis bir insan olaraq görə bilərsiniz. Bu, insan münasibətlərində problemlər yaşamağınıza, qeyri-sabit və müvəqqəti əlaqələr qurmağınıza səbəb ola bilər. Nəhayət, bu vəziyyət sizə və sosial əlaqələrinizə böyük zərər verə bilər.
Bütün bu çətinliklər: zəif xarici görünüşə, qarışıq münasibətlərə və stress amillərinə güclü emosional reaksiyalara səbəb ola bilər. Özünü tənzimləmə ilə mübarizə də özünə zərər vermək kimi təhlükəli davranışlarla nəticələnə bilər.
Əlamətləri
Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini 4 əsas sahəyə bölmək olar:
1. Emosional tənzimləmə;
2. Pozulmuş düşüncə nümunələri;
3. İmpulsiv davranış;
4. Qeyri-sabit münasibətlər.
Borderline şəxsiyyət pozğunluğu olan insanların heç də hamısı bu simptomları yaşamır. Bəzi insanlarda yalnız bir neçə əlamət olsa da, digərlərində çoxlu simptomlar ola bilər. Simptomlar adi görünən hadisələrlə baş verə bilər. Məsələn, sərhəddə olan bir insan, dostunun məşğul olduğu üçün görüşməkdən imtina etdiyi üçün ona nifrət etdiyini düşünə bilər.
Genetik
Borderline şəxsiyyət pozğunluğu daha çox birinci dərəcəli qohumu olan insanlarda, məsələn, qardaş və ya valideyndə rast gəlinir. Ancaq əkiz bacı-qardaşlarda bu nisbət daha yüksəkdir. Bununla belə, genetik statusun da ətraf mühitlə əlaqəsi var. Qardaşların eyni valideynlər tərəfindən "böyüdülməsi" vəziyyəti ətraf mühit amillərinə aiddir.
Risk faktorları
Borderline şəxsiyyət pozğunluğunun səbəbi hələ tam məlum deyil. Bununla belə, araşdırmalar göstərir ki, genetika, beyin quruluşu və funksiyası, ətraf mühit, mədəni və sosial faktorlar Borderline şəxsiyyət pozğunluğunun inkişafında rol oynaya və ya artıra bilər.
Mənbə: dove.com
Tərcümə etdi: Aytac Musayeva
