Bu gün:

Əzələ distorfiyası nədir?


Əzələ distrofiyası, zamanla əzələlərin zəifləməsinə və əzələ kütləsinin itirilməsinə səbəb olan genlərdəki mutasiyalar nəticəsində yaranan sinir-əzələ vəziyyətidir. Əzələ xəstəlikləri, əzələlərin əmələ gəlməsində təsirli olan zülalın istehsalının qarşısı alındıqda meydana gəlir. Bu vəziyyət genlərdəki mutasiyalar səbəbindən baş verir.


Növündən asılı olaraq əzələ distrofiyası gündəlik həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olur. Ürəyi və ağciyərləri işlədən əzələlərə də təsir edə bilər. Əzələ distrofiyasının bəzi növləri doğuşdan insana keçir və uşaqlıq dövründə inkişaf edir. Bəzi növlər yetkinlik dövründə inkişaf edir.

Əzələ distrofiyasının növləri hansılardır?

Əzələ distrofiyasının 30-dan çox növü var. Əzələ distrofiyasının ən çox görülən növlərini aşağıdakı kimi sıralamaq olar:

Duchenne əzələ distrofiyası (DMD)

Duchenne əzələ distrofiyası əzələ distrofiyasının ən çox yayılmış növlərindən biridir. Qadınlardan daha çox kişilərə təsir edən bu tip, irəlilədikdə ürək və ağciyərlərdə olan əzələlərin təsirlənməsinə səbəb olur.

Becker əzələ distrofiyası (BMD)

Əzələ distrofiyasının ikinci ən çox yayılmış növü olan Becker əzələ distrofiyası yüngül simptomlarla özünü göstərə bilər. Yeniyetməlik dövründə başlayan bu növün simptomları insandan insana dəyişir.

Miotonik distrofiya

Yetkinlik dövründə baş verən ən çox görülən əzələ distrofiyası miotonik distrofiyadır. Miotonik distrofiyası olan insanlar tez-tez əzələlərini rahatlaşdırmaqda çətinlik çəkirlər. Buna görə də ürək və ağciyərlər də təsirlənə bilər. İrəliləsə, tiroid xəstəliyi və diabet kimi endokrin problemlərə səbəb olur.

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et