Bu gün:

Uşaqlıqda hərəkətsizlik qaraciyərin erkən zədələnməsinə səbəb ola bilər


Gut and Liver jurnalında dərc edilən bir araşdırma göstərir ki, gündə altı saatdan çox oturaq olan uşaqlarda gənc yetkinlik dövründə ağır qaraciyər yağlanması və qaraciyər sirozu riski əhəmiyyətli dərəcədə artıb.

Qabaqcıl yağlı qaraciyər xəstəliyi və qaraciyərin ağır çapıqlaşması və sərtləşməsi olan qaraciyər sirozu gələcəkdə qaraciyər xərçəngi riskini artıra və ya qaraciyər transplantasiyası tələb edə bilər.

Qaraciyərin yağlanması xəstəliyi qaraciyərdə zərərli piylərin yığılmasıdır. Əgər bu vəziyyət alkoqol qəbulundan qaynaqlanmırsa, lakin metabolik sindromun beş komponentindən ən azı biri ilə əlaqədardırsa, buna metabolik assosiasiyalı steatoz (yağ) qaraciyər xəstəliyi (MASLD) deyilir.

Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqatda iştirak edən uşaqlar gündə orta hesabla 6 saat oturaraq vaxt keçirirlər, lakin gənc yaşda bu müddət gündə 9 saata qədər artıb. Uşaqlıqda gündə 6 saat yüngül intensiv fiziki fəaliyyətə sərf olunduğundan, bu, gündə 6 saat oturaq vaxt keçirməyin zərərli təsirini neytrallaşdırıb.

Gündə 6 saatdan çox oturaq davranışın hər yarım saatı üçün uşaqların 25 yaşından əvvəl yağlı qaraciyər xəstəliyinə tutulma şansını 15% artırır. 

Uşaqlıqda hərəkətsizliyin sağlamlığa dağıdıcı təsirlərinin ən təsirli dərmanı gündə 60 dəqiqəlik orta və ya güclü fiziki fəaliyyət deyil. Bunun əvəzinə gündə 3-4 saat yüngül intensivlikdə fiziki fəaliyyət kifayətdir.

Yüngül intensivlikli fiziki fəaliyyətə misal olaraq açıq havada oyunlar, meydançada oynamaq, iti gəzdirmək, valideynlər üçün tapşırıqları yerinə yetirmək və ya gəzinti və velosiped sürmək daxildir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et