Bu gün:

O, təsadüf nəticəsində vikinq qılıncını kəşf edib


Norveçdə bir adam fermasında ərazini təmizləyərkən 1000 il yaşı olduğu güman edilən nadir Vikinq dövrü qılıncını tapıb.

Silahı tapan Oyvind Tveitane Lovra verdiyi açıqlamada "Uzun illər şumlanmayan sahəyə ot əkmək üzrəydik" dedi. deyir.

Lovra tarlada işləyərkən köhnə dəmir parçasını atmaq istəyirdi. Ancaq onu daha yaxından araşdırdıqda bunun köhnə bir qılınc olduğunu başa düşdü. O, Norveç qanunlarının tələb etdiyi kimi yerli hökumət arxeoloqları ilə əlaqə saxladı.

"Mən dərhal başa düşdüm ki, bu, adi bir ixtira deyil" deyən Lovra, Norveçin cənub-qərbindəki Roqaland əyalətində fermer, bərə mühəndisi və yerli siyasətçi kimi part-time işləyir. deyir. "Bu, bizim tariximizə aiddir və əvvəllər burada nə olduğunu bilmək çox xoşdur. "Roqaland hökumətinin arxeoloqları keçən həftə fermadan artefaktı götürdülər və indi bunun Vikinq dövrünə (793-1066) aid dəmir qılınc qalıqları olduğunu bilirlər.Qılınc, xüsusilə Ulfberht qılıncları kimi tanınan, bıçaqlarına həkk olunmuş yazılarla seçilən nadir frank mənşəli bir növə aiddir.

Roqaland arxeoloqu Lars Soqaard Sorensen "Bu çox nadirdir" dedi. "Qılınc Vikinq dövrünün son status simvolu idi və onu daşımağa icazə verilməsi bir imtiyaz idi." deyir.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et