Bu gün:

Dünyada ilk teatr əsəri


Yazılan ilk teatr əsəri Esxilin yazdığı “Zəncirlənmiş Prometey” pyesidir. Faciə olan tamaşada tanrılardan oğurladığı odu insanların xidmətinə təklif edən Prometeyin yaşadıqlarından bəhs edilir. Od oğurluğuna qəzəblənən Zevs yer üzündəki bütün yeməkləri torpağın altına basdıraraq insanlara zülm edir. Tamaşanın son pərdəsinə Prometey və Zevsin dialoqu daxildir. Aldığı cəzalara baxmayaraq itaət etmədiyi üçün Prometeyə qəzəblənən Zevs onu Cəhənnəm adlanan yerə göndərir, Bilik və Ümid odunu insanlardan gizlədir.

İlk teatr kimə məxsusdur?

İlk məlum teatr əsəri eramızdan əvvəl 6-cı əsrdə yaşamış Esxilə aiddir. Bu əsər normal olaraq üç müxtəlif pyesdən ibarət olsa da, günümüzə yalnız sonuncu pyesi gəlib çatmışdır. Son pyesdə Zevsin Prometeyi və insanları cəzalandırması mövzusundan bəhs edilir.

İlk türk teatr əsəri nədir?

İlk türk dramı Şinasi tərəfindən yazılmış "Şairin evliliyidir". Komediya janrında olan əsərdə sevdiyi qadının bacısı ilə səhvən evlənən şair Müştak bəyin bir gündə yaşadığı hadisələrdən bəhs edilir. Tək pərdədən ibarət tamaşada Habbe Kadın, Ebulaklaka İmam Əfəndi və Atak Köse adlı obrazlar da yer alır.

Türkiyədə səhnəyə qoyulan ilk teatr tamaşası "Vətən və ya Silistradır". Şeir və roman janrında da əsərlər yazan Namık Kamalın yazdığı pyes ilk dəfə 1873-cü ildə səhnəyə qoyulub.

Mənbə: habertürk.com.tr

Tərcümə etdi: Rəhimə cəmilova

Paylaş
Şərh əlavə et