
Asqırmaq beyinə və ürəyə necə təsir edir?
Tənəffüs yollarında olan filtrlər təbii refleks olaraq asqırmağımıza səbəb olur. Çox vaxt asqırmaq mikrobların süzülməsində çox faydalıdır. Əslində biz bəzən asqıranda özümüzü rahatlamış hesab edirik. Bunun səbəbi sol tənəffüs yollarında maneənin açılmasıdır.
Asqırmaq bədən sağlamlığı üçün çox vacibdir. Asqırma zamanı ağzı örtmək vacibdir. Xüsusən də insan qəbul etdiyi mikrobları ətrafa yaymamaq istəyirsə, asqırarkən ağzını salfetlə bağlamalıdır. Ancaq asqırarkən həm ağızın, həm də burnun örtülməsi ciddi problemlərə səbəb ola bilər.
Asqırmağın faydaları və zərərləri nələrdir?
Üst tənəffüs yollarında olan filtrlər mikrobları xaric etməyə kömək edir. Bu filtrlər sayəsində ciyərlərimizə daxil olan zərərli maddələri xaric edə bilərik. Bu səbəbdən asqırma sağlamlıq üçün əhəmiyyətli bir refleks olaraq bilinir. Beləliklə, asqırmağın faydaları nələrdir?
-Asqırma zamanı qan ürəyə və beyinə vurulur. Bu şəkildə beyin və ürəkdə rahatlıq təmin edilir.
- Asqırma ilə damarları genişləndirir.
- Ağciyərlərə çökmüş zərərli maddələr asqırmaqla orqanizmdən xaric edilir.
- Asqırma zamanı ürəyimiz bir neçə saniyə dayanır. Bu fasilə əslində ürəyin istirahətinə kömək edir.
- Asqırma zamanı ağciyərlərdən hava xaric olur və ağciyərlərə təmiz hava daxil olur.
Asqırmaq faydalı olsa da, sağlamlığa bəzi zərərli təsirlərə də səbəb ola bilər. Bu hallar;
- Asqırmağı dayandırmağa çalışsanız, bu, beyin qanamasına səbəb ola bilər.
- Asqırma zamanı yüksək təzyiq yaranır. Bu təzyiqə görə ürək dayana bilər və ya göz damarları partlaya bilər.
Mənbə: milliyet.com
Tərcümə etdi: Səmayə Qədirova
