
Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır.
Xroniki baş ağrılarının 15-18%-i boyun (servikal) mənşəlidir. Bu ağrıların yaranma səbəbi boyunda olan əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun mənşəli baş ağrılarının özünə məxsus xarakteristikasi vardır.
Ağrının xarakteri
1. Ağrınının bir tərəfli olması;
2. Boyundan başlayaraq ənsə təpə alına doğru davam etməsi;
3. Ağrının sıxıcı və ya küt xarakterdə olması;
4. Boyun hərəkətiylə baş ağrısının artması;
5. İsti və ya boyun bolgesinin masaj olunmasiyla ağrının azalması.
Yuxarıda sadalanan simtomlardan ən azı ikisinin olmasi xəstənin lazımı mütəxəsisə müraciət etməsinin lazım olduğunu bildirir.
Müalicə zamanı aşağıdaki yöntəmlər istifadə olunur:
Yerli blokada;
Fizioterapiya;
Akupunktura;
Masaj;
Duruş pozuntusunun aradan qaldırılması;
Idman;
Qidalanma və dieta;
Yuxu pozisiyasını doğru seçilməsi (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur).
Gərilim baş ağrısı
Boyun problemi olan xəstələrdə digər rast gəlinən patalogiyalardan birisi gərlim tipli baş ağrısıdır. Gərilim tipli baş ağrısının yaranmasinda əsas iki nəzəriyyə mövcuddur.
1. Mərkəzi mənşəli
2. Periferik mənşəli
Mərkəzi mənşəlidə yaranma səbəbi beyində olan serotonin adli mediatorun çatmamazliğiyla əlaqədardir.
Periferik mənşəlidə isə boyun nahiyyəsində olan əzələ, sümük sistemində olan disfunksiya ilə əlaqədardır. Belə ki, normalda vücudumuzdaki əzələlərin əksər hissəsi çalışmadığı zaman tamamən relaksasiya olur. Ancaq ağırlıq qüvvəsi ilə əlaqədar yer çəkiminə qarşı müqavimət göstərən əzələlər’ olaraq bilinən və boyun əzələləri də daxil olmaqla bəzı əzələlər vücudumuzu dik vəziyyətdə tutmaq üçün daima çalışmaq məcburiyyətindədir.
Mənbə: dove.com
Tərcümə etdi:Aytac Musayeva
