Bu gün:

Gəzinti zamanı minlərlə orta əsr sikkələri tapdı


Bir gün Çexiyada gəzintiyə çıxan qadın təsadüfən 900 il əvvələ aid 2150-dən çox gümüş sikkə tapıb. Praqadakı Çexiya Elmlər Akademiyasından arxeoloq Filip Velimski verdiyi açıqlamada bunun “cekpotda bir milyon qazanmaqla müqayisə edilə bilən bir kəşf” olduğunu söylədi.

Velimski qeyd edir ki, gümüş sikkə kolleksiyası “adi bir insan üçün ağlasığmaz” “çox böyük məbləği” təmsil edir.

Bəs bu qədər pul niyə gizlədilə bilərdi? Çex Gümüş Muzeyinin və Çexiya Elmlər Akademiyasının Praqa Arxeologiya İnstitutunun mütəxəssisləri bir neçə nəzəriyyəyə malikdirlər:

Tədqiqatçılar bunun əslində əsgərlərin maaşları, hətta bir növ müharibə qəniməti üçün saxlanıla biləcəyini irəli sürürlər. Əslində, bu, ağlabatan deyil: Praqa indi öz gözəlliyi və pivəsi ilə tanınan bir turizm məkanı ola bilər, lakin Çexiyanın paytaxtında heç də həmişə bu qədər sakit olmayıb.

Əslində, təxminən min il geriyə, bu sikkələrin zərb edildiyi dövrə qayıtsanız, özünüzü Přemysl ailəsinin keşməkeşli dövrlərində tapa bilərsiniz. Boleslavın öldüyü 999-cu ilə və 12-ci əsrin sonu, Otakar I rəsmi olaraq Bohemiyanı bir krallıq kimi qurduğu zaman Praqa, demək olar ki, daimi milli ailə çəkişmələrinin episentri idi.

"Bu sikkələr yəqin ki, 12-ci əsrin birinci rübündə, daxili siyasi qeyri-sabitlik dövründə yerləşdirilib" dedi Velimski. “O zaman ölkədə Praqanın knyazlıq taxtı ilə bağlı Přemysl sülaləsinin üzvləri arasında mübahisələr gedirdi” deyir.

Sözügedən sikkə kolleksiyası əvvəlcə keramika qabda saxlanılırdı, lakin əkinçilik də daxil olmaqla 900 illik torpaq istifadəsindən sonra qazanın yalnız dibi toxunulmaz qalmışdır.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et